TBİLİSİDƏ CƏNUBİ QAFQAZ ÜZRƏ REGİONAL KONFRANS KEÇİRİLMİŞDİR
Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasından (ASK) AZƏRTAC-a bildirmişlər ki, konfransda NMCP proqramının fəaliyyət istiqamətləri, ümumi strategiyası, region nümayəndələrinin təcrübələri, proqramın Cənubi Qafqaz üzrə inkişaf planları və s. məsələlər müzakirə olunmuşdur.
Konfederasiyanın prezidenti Ələkbər Məmmədov konfransda ASK-nın NMCP proqramı ilə sıx əməkdaşlığı, bunun Azərbaycan şirkətləri üçün əhəmiyyəti, əməkdaşlıq çərçivəsində ASK tərəfindən bu vaxtadək görülən işlər və s. barədə məlumat vermişdir.