TBİLİSİDƏ NARKOTİK MADDƏLƏRƏ NƏZARƏT KOMİTƏSİNİN İCLASI KEÇİRİLMİŞDİR
M.Əfəndiyev məruzəsində bildirdi ki, Cənubi Qafqazda narkotik maddələrə nəzarət proqramı bölgədə həyata keçirilən yeganə layihədir. Layihə Cənubi Qafqaz ölkələrində narkomaniya və narkotik maddələr satışına qarşı mübarizəyə yardım edir. Bu cür iclaslar BMT və Avropa İttifaqı qarşısında hesabat xarakteri daşıyır, eyni zamanda növbəti fəaliyyət proqramının hazırlanmasında mühüm rol oynayır.
H.Aslanov çıxışında Azərbaycanda proqramın uğurla həyata keçirildiyini vurğulamış və demişdir ki, belə layihələrin gerçəkləşməsində beynəlxalq təşkilatların maliyyə yardımı vacibdir. Azərbaycan hökuməti bu yardımların səmərəli xərclənməsində maraqlıdır və bunun üçün lazımi tədbirlər həyata keçirilir.