Tbilisidə ulu öndər Heydər Əliyevin abidəsi ziyarət edilib
Tbilisi, 2 aprel, AZƏRTAC
Gürcüstanda səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov aprelin 2-də Tbilisidəki Heydər Əliyev Parkında Ulu Öndərin abidəsini ziyarət edib, önünə gül dəstələri düzüb.
AZƏRTAC xəbər verir ki, Dövlət Komitəsi sədrini Azərbaycanın bu ölkədəki səfiri Dursun Həsənov, SOCAR-ın Gürcüstan nümayəndəliyinin rəhbəri Mahir Məmmədov müşayiət ediblər.
Xətayi Əzizov
AZƏRTAC-ın xüsusi müxbiri
Tbilisi