Tedros Qebreyesus: Maliyyənin azaldılması səbəbindən ÜST çətin bir dövr keçirir
Bakı, 30 sentyabr, AZƏRTAC
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) çətin dövrlə üzləşir və maliyyənin azaldılması fonunda işçilərini ixtisar etmək məcburiyyətindədir.
AZƏRTAC xəbər verir ki, bunu ÜST-nin Baş direktoru Tedros Adhanom Qebreyesus Vaşinqtonda Ümumdünya Səhiyyə Təşkilatının Amerika üzrə Regional Bürosunun 77-ci sessiyasında çıxışı zamanı deyib.
O bildirib: “Bu, hamımız üçün ağrılı və çətin vaxtdır - biz karyeralarını insanlara xidmət etməyə, işləməyə və COVID-19 pandemiyası zamanı əhəmiyyətli təzyiq altında nəticələr verməyə həsr etmiş bir çox istedadlı və fədakar həmkarlarımızla vidalaşırıq”.
ÜST-nin Baş direktorunun sözlərinə görə, təşkilatda yüksəksəviyyəli menecerlərin və direktorların sayı iki dəfə azalıb. Digər tədbirlər arasında o, “səfərlərin əhəmiyyətli dərəcədə azaldılmasını” göstərib.
Bu ilin may ayında ən böyük donorlardan biri olan ABŞ-ın təşkilatdan çıxmaq qərarından sonra ÜST-yə üzv dövlətlər 2026-2027-ci illər üçün 4,2 milyard avro azaldılmış büdcəni qəbul ediblər, habelə 5,3 milyard avroluq ilkin büdcə təklifinə 21% azalma kontekstində yenidən baxılıb.
ABŞ 2026-cı ildə bu təşkilatda üzvlüyünü rəsmən dayandıracaq.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 19.08.2026 [20:11]
Tramp Kim Çen Inla bu ilin sonlarında görüşəcəyini açıqlayıb
- 19.08.2026 [17:49]
Avropada təbii qazın qiyməti martdan bəri ən yüksək səviyyəyə çatıb
- 19.08.2026 [17:11]
Alp dağlarında 34 il əvvəl itkin düşmüş alpinistlərin cəsədləri tapılıb
- 19.08.2026 [16:32]