Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tehrana olan beynəlxalq etimadsızlıq getdikcə artır

Tehrana olan beynəlxalq etimadsızlıq getdikcə artır

Bakı, 1 fevral, AZƏRTAC

Azərbaycanın İran İslam Respublikasındakı səfirliyinə silahlı hücum və bir nəfərin qətlə yetirilməsi beynəlxalq hüququn və konvensiyaların kobud şəkildə pozulmasıdır. Bu qanlı olay terror hadisəsi kimi dəyərləndirilir. Artıq İran mətbuatı da etiraf etdi ki, hadisəni törədən cinayətkar SEPAH-ın üzvü olub və o, bu təşkilatdan könüllü olaraq təqaüdə çıxıb. İran mətbuatı terrorçu haqqında ətraflı məlumat yayıb. Məlum olub ki, 54 yaşlı cinayətkar bu yaxınlarda Bəsic və İnqilab Keşikçiləri ilə birlikdə Təbrizdə baş verən etiraz aksiyalarının yatırılmasında da iştirak edib. Faktlar da təsdiqləyir ki, cinayəti törədən şəxs peşəkar terrorçu imiş. İran rəsmiləri bunu ört-basdır etmək üçün guya, hadisənin ailə-məişət zəminində baş verdiyini iddia edirdilər. Göründüyü kimi, yerli mətbuat Tehranın polis rəisini ifşa etdi. Silahlı şəxsin videogörüntüləri də Tehran polisinin yalanlarını üzə çıxartdı.

Bu fikirləri AZƏRTAC-a açıqlamasında siyasi şərhçi Əliqismət Bədəlov bildirib.

O deyib ki, buna qədər də Azərbaycanın Fransada və Londondakı səfirliklərinə hücumlar olmuşdu. Artıq aydın olur ki, bu hücumlarda da iranlı terrorçuların iştirakı olub. Londonda Azərbaycan səfirliyinə İslam məzhəbçiliyi ilə pərdələnmiş həmin hücumun arxasında İran xüsusi xidmətinin əli olduğu qənaətinə gəlmək mümkündür. İranın səfirliyimizə silahlı hücumu və terror törətməsi erməni terrorçularının indiyə qədər soydaşlarımıza qarşı törətdikləri qanlı olayları xatırladır. Ermənilər də günahsız insanları amansızcasına qətlə yetiriblər, özlərini qatı islamçı hesab edən iranlılar da. Deməli, bu yaxınlarda Tehranla İrəvanın qardaşlaşması barədə razılığa gəlinməsi təsadüfi deyilmiş. Məlum olub ki, İranla Ermənistanın əməlləri və xislətləri eyni imiş. Ötən ilin oktyabrında Qafan şəhərində İranın Baş Konsulluğunun açılması da bunu təsdiqlədi. İslamı təhqir edən, müsəlman məscidlərində heyvan saxlayan Ermənistanla qardaşlıq münasibətlərini gücləndirən İranı Ermənistandan nə fərqləndirir? Həmin mərasimdə İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahianın “İran İslam Respublikası Ermənistanın və regionun təhlükəsizliyini öz təhlükəsizliyi hesab edir” deməsi Ermənistanla İranın doğrudan da, qardaşlaşmasından xəbər verir.

Ə.Bədəlov bu terror hadisəsinin bir daha İran İslam Respublikasının öz üzərinə düşən beynəlxalq öhdəlikləri yerinə yetirməməsinin açıq-aydın göstərdiyini vurğulayaraq deyib ki, silahlı hücumun səfirliyimizin ərazisində baş verməsi birbaşa dövlətimizin suverenliyinə və ərazi bütövlüyünə təcavüzdən xəbər verir: “Böyük Britaniya və Fransadakı səfirliklərimizə hücumdan fərqli olaraq, İrandakı diplomatik missiyamızda törədilən terror zamanı bir nəfər səfirlik əməkdaşının qətlə yetirilməsi, ikisinin isə yaralanması bu ölkədəki diplomatik korpusumuzun heç də lazımi səviyyədə mühafizə olunmamasından xəbər verir. Məlum olduğu kimi, diplomatik fəaliyyət Vyana Konvensiyası əsasında tənzimlənir. Səfirliyimizdə törədilən terror bir daha təsdiqlədi ki, İran “qardaşı” Ermənistan kimi, beynəlxalq hüququn və Vyana Konvensiyasının maddələrini kobud şəkildə pozub.

Siyasi şərhçi bildirib ki, İran 1965-ci ildən, Azərbaycan isə 1992-ci ildən Vyana Konvensiyasının üzvüdürlər. Konvensiyaya əsasən, səfirliklər yerləşdikləri ölkənin mühafizə xidmətləri tərəfindən qorunmalıdır. Təsəvvür edin ki, terrorçu əlində “Kalaşnikov” markalı avtomat ilə səfirliyin binasına daxil olur, atəş açır, ancaq iranlı mühafizəçi, həmçinin İranın xüsusi xidmət orqanları, eyni zamanda, yerli polis bu qanlı hadisəyə hər hansı reaksiya vermir. Bütün bunlar bir daha təsdiqləyir ki, bu cinayət əvvəlcədən hazırlanmış və planlı şəkildə həyata keçirilib. Son vaxtlar İranda etiraz aksiyasına çıxan qadınları edam edirlər, ancaq diplomatik korpusda terror aktı törədən cinayətkar isə yerli televiziya kanallarına sərbəst şəkildə müsahibə verir.

Ə.Bədəlov deyib ki, terrorçunun televiziya kanallarına müsahibə verməsinə şəraitin yaradılması da İran xüsusi xidmət orqanlarının növbəti oyunudur. Guya, cinayətkara törətdiyi qanlı olayın səbəbini açıqlaması ilə əlaqədar şərait yaradılıb. Səbəb isə aydındır: İran xüsusi xidmət orqanlarının hazırladıqları mətn üzrə çıxış etmək. Yəni, hadisə ailə-məişət zəminində baş verib. Bəs İranı ölkəmizin düşməni ilə dost, qardaş olmağa vadar edən səbəb nədir? Prezident İlham Əliyevin uzaqgörənliklə müəyyənləşdirdiyi diplomatiyası, dünyanın ən qüdrətli dövlətlərinin və nüfuzlu beynəlxalq təşkilatlarının 30 il ərzində nizamlaya bilmədikləri Ermənistan-Azərbaycan münaqişəsini Müzəffər Ali Baş Komandanımızın rəhbərliyi ilə yenilməz Ordumuz cəmi 44 günə həll etdi. Ermənistan üzərindəki tarixi Qələbəmiz Azərbaycanı dünyada qalib, qüdrətli dövlət kimi tanıtdı. Artıq dünya birliyi də Azərbaycanın regionda ən güclü dövlət olduğunu etiraf edir.

Siyasi şərhçi tarixi qələbədən sonra Azərbaycanla əməkdaşlıq etmək istəyən dövlətlərin sayının getdikcə artdığını bildirib. Deyib ki, görünür, ölkəmizin nüfuzunun sürətlə artması İranı da təşvişə salıb. Özünü İslam dövləti adlandıran İranın müsəlmanların qatı düşməni olan Ermənistanla qardaşlaşıb ölkəmizə qarşı təhdid və təzyiq göstərməsi əbəsdir: “Vətən müharibəsində də bunun şahidi olmuşduq. O zaman da İran Ermənistanı dəstəklədi, silah-sursat, yanacaq, avadanlıq göndərdi, “Ermənistan sərhədi qırmızı cizgimizdir” dedi. Sonra isə məzhəbçiliyi qızışdırmağa, ölkəmizi “sionizmin dayağı” kimi qələmə verməyə çalışdı, Arazın üzərində hərbi təlimlər keçirib, ölkəmizi təhdid etmək istədi. Hadisələr göstərdi ki, bu dəfə də yanılırlar. Çünki Azərbaycan səfirliyinə qarşı törədilən terrordan sonra Tehrana olan beynəlxalq etimadsızlıq getdikcə artır. Artıq dünyanın bir sıra ölkəsi İrandakı səfirliklərinin fəaliyyətini dayandırmaq barədə düşünür”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

Malayziyada təhsil alan azərbaycanlı gənclərlə görüş: milli həmrəylik və diaspor fəaliyyəti

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

“Şəhid olduğunu yuxumda görmüşdüm” - Elmaz Hacıyevin anası VİDEO

Amerikalı basketbolçu Azərbaycan klubuna keçib

Kənd Təsərrüfatı Nazirliyi və Dünya Bankı arasında CRAIS layihəsi ilə bağlı müzakirələr aparılıb

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanda balıqçılıq idmanı ilə məşğul olanlar beynəlxalq yarışlarda iştirak edə biləcəklər VİDEO

Azərbaycanın İtaliyadakı səfiri etimadnaməsini Prezident Sercio Mattarellaya təqdim edib

Amur vilayətində Tu-95 hərbi təyyarəsi qəzaya uğrayıb

BDU-da “Zəfər ayı”: Yaddaşımızda yaşayan qəhrəmanlar

Avrokomissar: Aİ-nin enerji xərcləri bu il 100 milyard avrodan çox artıb

DVX: Vergi borclarının idarə olunmasına daha çevik yanaşmaların tətbiqi istiqamətində iş aparılır

ADSEA sədri Samux rayonunda vətəndaşların müraciətlərini dinləyib

Azərbaycan İtaliya ilə strateji sahələrdə qarşılıqlı faydalı tərəfdaşlıq imkanlarını nəzərdən keçirib

Əlilliyi olan 1600-dən çox şəxs hippoterapiya xidmətinə cəlb edilib

Qazaxıstan və Almaniya şirkətləri Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutu üzrə əməkdaşlığı inkişaf etdirir

Azərbaycan və Rusiya arasında hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

Beynəlxalq İnvestisiya Forumu Azərbaycana sərmayə axınını təmin edən tədbir oldu - ŞƏRH

® “Expressbank”dan UNEC tələbələri üçün maliyyə savadlılığı təlimləri

İcbari tibbi sığorta sahəsində ÜST ilə əməkdaşlıq imkanları diqqətdə olub

Azərbaycan millisinin keçmiş qapıçısı doktorantura təhsilini davam etdirəcək

DOST İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzi 4 istiqamət üzrə ISO sertifikatlarına layiq görülüb

Qətər rəsmisi: ABŞ-İran danışıqları davam edir, fikir ayrılıqlarını həll etməyə çalışırıq

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

Masallının iki kəndinin yolları təmir olunub VİDEO

“Azərkosmos” “Platerra” süni intellektəsaslı platformasını istifadəyə verib

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Azərbaycan Su İdmanı Federasiyasının fəaliyyətindəki yeniliklər açıqlanıb VİDEO

Media: Almaniya hökuməti Çinin Hamburqdakı logistika şirkətini almasına qarşı çıxmaq istəyir

Tramp texnologiya şirkətlərinin rəhbərləri ilə görüşəcək və süni intellektəsaslı federal portalı təqdim edəcək

ADU ilə Almaniyanın ali məktəbləri arasında əməkdaşlığın inkişaf etdirilməsi prioritet istiqamətlərdəndir

Qərbi Azərbaycanda tarixi abidələrimiz – Şah Abbas karvansarası

Naringi bağlarının sığortalanması fermerlərin risklərdən qorunmasına imkan verir

Canni İnfantino Prezident İlham Əliyevlə görüşü ilə bağlı paylaşım edib

“Səyyar Gənclər Xidməti” Salyanda

Dubayda ilk dəmir yolu stansiyası açılıb

Xaricdə ali təhsil almış 30 nəfər peşə tanınması imtahanında uğur qazanıb

Asiya İnfrastruktur İnvestisiya Bankının 12-ci İllik Toplantısı gələn il Azərbaycanda keçiriləcək