“Təhsil haqqında” Qanuna dəyişiklik edilir
Bakı, 10 fevral, AZƏRTAC
Parlament “Təhsil haqqında” Qanuna təklif edilən dəyişikliyi təsdiqləyib.
AZƏRTAC xəbər verir ki, bu məsələ Milli Məclisin fevralın 10-da keçirilən iclasının gündəliyinə daxil edilib.
Bildirilib ki, “Təhsil haqqında” Qanuna əsasən, sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslərin təhsil müəssisələrində ödənişli əsaslarla təhsil aldıqları müddətdə təhsilhaqları dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.
Nazirlər Kabinetinin Qərarı ilə təsdiq edilən “Əlavə təhsilin məzmunu, təşkili və əlavə təhsilin hər hansı istiqaməti üzrə təhsil almış şəxslərə müvafiq sənədin verilməsi Qaydası”na əsasən, yenidənhazırlanma təhsili, təkrar ali, orta ixtisas və yüksək texniki peşə təhsili, dərəcələrin yüksəldilməsi, yaşlıların təhsili yalnız ödənişli əsaslarla həyata keçirilir və müvafiq maliyyə xərcləri kadrın çalışdığı təşkilat və yaxud kadrın özü tərəfindən ödənilir. Sosial müdafiəyə xüsusi ehtiyacı olan şəxslər üçün də əlavə təhsil ödənişlidir və onların təhsilinə dövlət büdcəsindən vəsait ayrılmır.
Bu xüsusda sözügedən məsələ ilə bağlı yuxarıda qeyd olunan normativ hüquqi aktlar arasında ziddiyyətin aradan qaldırılması məqsədilə “Təhsil haqqında” Qanunda dəqiqləşdirmə xarakterli müvafiq dəyişikliklərin təsbit olunması təklif edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [13:17]
BDU Pakistan universiteti ilə əməkdaşlığa başlayır
- 10.02.2026 [13:07]
“Azərbaycan folklor düşüncəsi: ənənə və müasirlik” – yeni nəşr
- 10.02.2026 [12:55]
UNEC-də Beynəlxalq Ana Dili Gününə həsr edilən tədbir keçirilib
- 10.02.2026 [12:42]
Dövlət qulluğu vəzifələri üzrə imtahanlara qeydiyyat elan edilib
- 10.02.2026 [12:33]
Süni intellekt dövrü: Cəmiyyət sosiotexnoloji mərhələyə keçir
- 10.02.2026 [12:00]
Azərbaycanlı cərrah-uroloq çinli alimlə birgə tədqiqat aparacaq
- 10.02.2026 [11:40]
Müsabiqə və olimpiada qalibləri mükafatlandırılıb
- 09.02.2026 [19:03]