“Labubu” oyuncağının satışları bir ildə 100 milyon ədəd artıb
Bakı, 10 fevral, AZƏRTAC
Çin oyuncaq sənayesinin nəhəngi “Pop Mart” flaqman “Labubu” personajının rekord satışları barədə məlumat yayıb.
AZƏRTAC xarici mediaya istinadla xəbər verir ki, ötən il bu brend altında məhsul satışlarının həcmi 100 milyon ədədi ötüb.
İllik korporativ iclasda şirkətin təsisçisi Van Nin qrupun qlobal oyuncaq bazarında dominant mövqeyini təsdiqləyən əsas əməliyyat nəticələrini açıqlayıb.
Təqdim olunan məlumatlara görə, hesabat dövründə brendin müxtəlif əqli mülkiyyət hüquqları altında bütün məhsul xətlərinin ümumi satışları 400 milyon ədədi keçib. Dünya üzrə “Pop Mart” loyallıq proqramının qeydiyyatdan keçmiş üzvlərinin sayı 100 milyona və şirkətin işçi heyətinin sayı 10 minə çatıb.
Brend hazırda 100-dən çox ölkə və regionda fəaliyyət göstərir. Kompaniyanın infrastrukturuna 700 pərakəndə satış mağazası şəbəkəsi və altı əsas istehsal və logistika mərkəzi daxildir.
Şirkət rəhbərliyinin sözlərinə görə, “Pop Mart”ın fəaliyyəti müvafiq iqtisadi sektorlara əhəmiyyətli dərəcədə təsir göstərir, qlobal təchizat zəncirləri və əlaqəli sənaye sahələrində 200 mindən çox insanı işlə təmin edir.
Maraqlıdır ki, oyuncaq istehsalçısı “Labubu” dəyər baxımından Rusiyanın “Qazprom” şirkətini üstələyib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [13:59]
“Insee”: Fransada işsizlik artmaqda davam edir
- 10.02.2026 [13:49]
Avropada Çin məhsullarına 30 faiz rüsum tətbiq edilməsi təklif olunur
- 10.02.2026 [13:40]
Türkiyədə siqaretçəkmə qadağası sərtləşdirilə bilər
- 10.02.2026 [13:36]
Media: Kanada Ukraynaya 10 min ədəd “Browning” tapançası verə bilər
- 10.02.2026 [13:18]
Donald Tramp ABŞ və Kanada arasında körpünün açılışını əngəlləyə bilər
- 10.02.2026 [12:52]
İrakli Kobaxidze: ABŞ-dan nikbin mesajlar alırıq
- 10.02.2026 [12:45]