“Şamaxı” - “Qarabağ” oyunu təxirə salına bilər - FOTOLAR
Bakı, 10 fevral, AZƏRTAC
Misli Premyer Liqasının XIX turu çərçivəsində bu gün keçirilməli olan “Şamaxı” – “Qarabağ” oyunu təxirə salına bilər. Hazırda Şamaxıya yağan güclü qar matçın oynanılmasını sualı altına alır.
Peşəkar Futbol Liqasından (PFL) AZƏRTAC-ın soruğusuna cavab olaraq bildirilib ki, stadionun ot örtüyünün qardan təmizlənməsi prosesi davam edir.
PFL-in Media və marketinq direktoru Sənan Abdullayevin sözlərinə görə əsas məqsəd oyunun əvvəlcədən planlaşdırıldığı qaydada keçirilməsidir və bunun üçün bütün addımlar atılır: “Şamaxı şəhərinə bu gün səhər saatlarından etibarən qar yağmağa başlayıb. Bu ehtimal nəzərə alınaraq AFFA ilə birgə danışıqların yekunu olaraq əraziyə Bakıdan sırf bu durumlar üçün nəzərdə tutulmuş qartəmizləyən traktor göndərilib. Hazırda qar davam etdiyi üçün təmizlənən ərazi yenidən qarla örtülür və əsas problem məhz budur. Amma işlər tam planlı şəkildə aparılır, “Şamaxı” klubu ilə daim əlaqədəyik, klub narıncı toplarla da təmin olunub. Əgər aradan qaldırılması mümkün olmayan problemlər meydana çıxarsa, hakimin qərarına əsasən, əsasnaməyə uyğun olaraq addımlar atılacaq”.
Qeyd edək ki, qarşılaşma saat 14:30-da başlamalıdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [13:15]
“Neftçi” braziliyalı futbolçu ilə müqavilə imzalayıb
- 10.02.2026 [13:03]
İtaliya klubu türkiyəli futbolçunu birdəfəlik transfer edəcək
- 10.02.2026 [12:45]
Mahir Emreli Almaniya klubunun heyətində növbəti oyunu da buraxacaq
- 10.02.2026 [12:07]
Azərbaycan Paralimpiya Oyunlarında: 30 ildə 68 medal
- 10.02.2026 [11:35]
“Qarabağ” Nəriman Axundzadənin ABŞ klubuna keçidinə icazə verib
- 10.02.2026 [11:05]
NBA: Lider “Los-Anceles Leykers”in qələbə seriyasına son qoyub
- 10.02.2026 [10:53]
NBA-da keçirilən oyunda kütləvi dava
- 10.02.2026 [10:31]
Şahmat üzrə ölkə çempionatında 1/16 finalın ikinci partiyaları keçirilib
- 10.02.2026 [10:20]