“Insee”: Fransada işsizlik artmaqda davam edir
Paris, 10 fevral, AZƏRTAC
Fransada işsizlik səviyyəsi artmaqdadır.
AZƏRTAC xəbər verir ki, Milli Statistika və İqtisadi Tədqiqatlar İnstitutunun (“Insee”) bu gün açıqladığı məlumatlara görə, Mayotta istisna olmaqla ölkədə işsizlik dərəcəsi 2025-ci ilin dördüncü rübündə 0,2 bənd artaraq 7,9 faizə çatıb.
Bu göstərici 2021-ci ilin üçüncü rübündən bəri qeydə alınan ən yüksək səviyyədir. Xüsusilə gənclər arasında vəziyyət daha narahatedicidir. 15–24 yaş qrupunda işsizlik səviyyəsi dördüncü rübdə 2,4 bənd artıb. İl ərzində artım 2,8 bənd təşkil edərək gənclər arasında işsizliyin 21,5 faizə çatmasına səbəb olub.
Yanvarın sonunda açıqlanan “France Travail”ın məlumatları da bu tendensiyanı təsdiqləyib. 2025-ci ilin dördüncü rübündə iş axtaran kimi qeydiyyata alınanların sayı rüblük əsasda 2,6 faiz, illik isə 6,8 faiz artıb. Lakin “Insee” qeyd edir ki, “France Travail”da aparılan son islahatlar nəzərə alınmasa, bu artımlar müvafiq olaraq 2 faiz və 1,7 faiz səviyyəsində olardı.
Prezident Emmanuel Makron 2022-ci il seçki kampaniyasında işsizliyin təxminən 5 faiz olduğunu, tam məşğulluğa nail olmağı əsas vədlərindən biri kimi təqdim etmişdi. İqtisadiyyat və maliyyə naziri Roland Lekür isə “France 2” kanalında çıxış edərək, işsizliyin artmasını xəbərdarlıq siqnalı adlandırıb. O, xüsusilə gənclərin məşğulluğunun hələ də ciddi problem olaraq qaldığını vurğulayıb.
Nazirin sözlərinə görə, bu rəqəmlər iqtisadi artımın gücləndirilməsi, əmək xərclərinin məhdudlaşdırılması, xüsusilə Fransa sənayesinin rəqabət qabiliyyətinin artırılması üçün səylərin davam etdirilməsinin vacibliyini göstərir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [15:10]
Yaponiyada güclü qar 46 nəfərin həyatına son qoyub
- 10.02.2026 [15:03]
Ankara ilə Afina arasında əməkdaşlığın inkişafı müzakirə ediləcək
- 10.02.2026 [14:42]
Filippində Mayon vulkanı yenidən püskürüb
- 10.02.2026 [14:20]
Astronomlar Venerada ilk dəfə vulkan püskürməsini qeydə alıblar
- 10.02.2026 [14:17]
Almaniyada jurnalistlərə qarşı cinayətlərin sayı artıb
- 10.02.2026 [13:49]
Avropada Çin məhsullarına 30 faiz rüsum tətbiq edilməsi təklif olunur
- 10.02.2026 [13:40]
Türkiyədə siqaretçəkmə qadağası sərtləşdirilə bilər
- 10.02.2026 [13:36]