NBA-da keçirilən oyunda kütləvi dava
Bakı, 10 fevral, AZƏRTAC
ABŞ-ın Milli Basketbol Assosiasiyasında (NBA) keçirilən “Şarlott Hornets” – “Detroyt Pistons” oyununda kütləvi dava düşüb.
AZƏRTAC xəbər verir ki, insident üçüncü hissənin ortalarında yaşanıb. Ev sahibi komandadan Mussa Diabate və qonaqlardan Ceylen Dürren arasında başlayan mübahisə qısa zamanda münaqişəyə çevrilib. Mühafizəçilər tərəfləri çətinliklə sakitləşdiriblər.
Nəticədə davada iştirak edən 4 basketbolçu parketdən qovulub. “Şarlott Hornets”dən Diabate və Maylz Brices, “Detroyt Pistons”dan isə Dürren və Ayzeya Stüart diskvalifikasiya olunublar.
Qeyd edək ki, qarşılaşma qonaqların 110:104 hesablı qələbəsi ilə başa çatıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]