Polşa ordusu ehtiyat qüvvələrin təliminə başlayır
Bakı, 10 fevral, AZƏRTAC
Polşanın Silahlı Qüvvələri yüksək hazırlıqlı ehtiyat qüvvələrin genişmiqyaslı təliminə başlayır.
AZƏRTAC xəbər verir ki, bu barədə Polşanın müdafiə naziri Vladislav Kosinyak-Kamış deyib. Silahlı Qüvvələrin məlumatına görə, ehtiyat qüvvələrin sayı təxminən 300 min nəfər olacaq.
Polşanın müdafiə naziri müvafiq təlim proqramının cari ilin mart ayında başlayacağını vurğulayıb. Onun sözlərinə görə, ehtiyat qüvvələrinin yaradılması zərurəti digər məsələlərlə yanaşı, qaçılmaz demoqrafik dəyişikliklər səbəbindən hər il hərbçilərin sayının azalması ilə bağlıdır.
Qeyd edək ki, 2026-cı ilin yanvar ayına olan məlumata görə, Polşa ordusunda 162 min peşəkar əsgər də daxil olmaqla 216 mindən çox hərbçi qulluq edir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 23.09.2026 [15:47]
Qəzzanın bərpası üçün 2,45 milyard dollarlıq plan hazırlanıb
- 23.09.2026 [15:37]
İstanbulun minillik şahidi – Dikilitaş
- 23.09.2026 [15:12]
Papa XIV Leonun səfərinin maliyyələşdirilməsi Fransada problemə çevrilib
- 23.09.2026 [15:01]
Ankara Böyükşəhər Bələdiyyəsinin sədri CHP-dən istefa verib
- 23.09.2026 [15:00]
Qazaxıstanda təhlükəsizlik sahəsində prioritetlər müəyyənləşdirilib
- 23.09.2026 [14:51]
Çin hökuməti ölkənin bütün ərazisində neft və nadir metallar axtarır
- 23.09.2026 [14:34]