Rəşad Mustafayev: Pensiyaların tərkibinə daxil edilən maddi yardımlar da eyni qaydada indeksləşdirilir
Bakı, 10 fevral, Göyçək Mahmudlu, foto - Orxan Kərimov, AZƏRTAC
Pensiyaların indeksləşdirilməsi orta aylıq nominal əməkhaqqının illik artım tempinə əsaslanır. Dövlət Statistika Komitəsinin məlumatlarına əsasən, 2025-ci il üzrə həmin artım tempi 9,3 faiz təşkil etdiyindən pensiyalar da ona uyğun olaraq eyni faizlə indeksləşdirilir. Məsələn, pensiya məbləği 500 manat olduğu təqdirdə 9,3 faiz artım 46 manat çoxalma deməkdir. Yəni bu halda pensiya 546 manat təşkil edəcək. Pensiya məbləği 1000 manat olduğu təqdirdə, həmin artım 93 manat təşkil edəcək.
AZƏRTAC xəbər verir ki, bunu Prezident İlham Əliyevin yeni Sərəncamı ilə pensiyaların indeksləşdirilərək artırılmasına dair fevralın 10-da keçirilən brifinqdə əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Rəşad Mustafayev deyib.
Nazir müavini qeyd edib ki, həmin yanaşma qulluq stajına görə əlavələr alan pensiyaçıları da əhatə edir. Yəni hərbi qulluqçulara, hüquq-mühafizə orqanlarının əməkdaşlarına, dövlət qulluqçularına da şamil edilir.
"2023-cü ildən pensiyaların tərkibinə daxil edilən maddi yardımlar da eyni qaydada indeksləşdirilir. Bu il üçün indeksləşmə faizini nəzərə almasaq, son 5 ildə pensiya məbləğlərində təxminən 70 faiz artım gerçəkləşdirilib. Cari il üzrə indeksləşmə faizi nəzərə alınmaqla artım 85 faiz təşkil edir", - deyə R.Mustafayev diqqətə çatdırıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [13:06]
Paytaxtda piyada zonalarının yaradılması işləri davam etdirilir
- 10.02.2026 [12:47]
Milli Məclis BMT-nin Kibercinayətkarlığa qarşı Konvensiyasını təsdiqləyib
- 10.02.2026 [12:38]
Dövlət Agentliyi ötən ilin hesabatını açıqlayıb
- 10.02.2026 [12:35]
Milli Məclis “Patent haqqında” Qanuna dəyişiklikləri təsdiqlədi
- 10.02.2026 [12:23]
Qidalanma Altsheymer xəstəliyinə necə təsir edir?
- 10.02.2026 [12:11]