Donald Tramp ABŞ və Kanada arasında körpünün açılışını əngəlləyə bilər
Bakı, 10 fevral, AZƏRTAC
ABŞ Prezidenti Donald Tramp Ottava ilə münasibətlərdə artan gərginlik fonunda ABŞ və Kanadanı birləşdirən yeni körpünün açılışını əngəlləyəcəyi ilə hədələyib.
AZƏRTAC xəbər verir ki, Donald Tramp bu barədə özünün sosial media hesabında yazıb.
“ABŞ-ın verdiyi hər şeyin əvəzi tam ödənilənədək və ən əsası, Kanada Birləşmiş Ştatlara layiq olduğu ədalət və hörmətlə yanaşanadək bu körpünün açılışına icazə verməyəcəyəm”, - deyə dövlət başçısı bildirib.
Donald Tramp söhbətin hansı tikilidən getdiyini yazmasa da, burada çox güman ki, Kanadanın Ontario əyalətindəki Vindzor şəhərini Amerikanın Miçiqan ştatındakı Detroyt şəhəri ilə birləşdirən altızolaqlı körpü nəzərdə tutulur.
Qeyd edək ki, tikintisi 2018-ci ildə başlanılan körpünün bu ilin əvvəlində açılacağı gözlənilir. “ABC News” telekanalının məlumatına görə, 4,7 milyard dollara başa gəldiyi təxmin edilən layihə Kanada hökuməti tərəfindən maliyyələşdirilib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.02.2026 [14:20]
Astronomlar Venerada ilk dəfə vulkan püskürməsini qeydə alıblar
- 10.02.2026 [14:17]
Almaniyada jurnalistlərə qarşı cinayətlərin sayı artıb
- 10.02.2026 [13:59]
“Insee”: Fransada işsizlik artmaqda davam edir
- 10.02.2026 [13:49]
Avropada Çin məhsullarına 30 faiz rüsum tətbiq edilməsi təklif olunur
- 10.02.2026 [13:40]
Türkiyədə siqaretçəkmə qadağası sərtləşdirilə bilər
- 10.02.2026 [13:36]
Media: Kanada Ukraynaya 10 min ədəd “Browning” tapançası verə bilər
- 10.02.2026 [12:58]