Mahir Emreli Almaniya klubunun heyətində növbəti oyunu da buraxacaq
Bakı, 10 fevral, AZƏRTAC
Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli 2-ci Bundesliqada növbəti oyunu da buraxacaq.
AZƏRTAC yerli mətbuata istinadla xəbər verir ki, hücumçu XXII turda “Qröyter Fürt” komandası ilə keçiriləcək matçda iştirak etməyəcək. Zədəsini sağaldan futbolçu hazırda bərpa prosesi keçir və oynamağa tam hazır deyil.
Bundan başqa, İvan Prtajin, Ci Su Kim və Avdo Spahiç də zədə səbəbindən komandaya kömək edə bilməyəcəklər.
Qeyd edək ki, Mahir Emreli "Kayzerslautern"ə ötən mövsümün əvvəlində "Nürnberq"dən keçib. Azərbaycan millisinin hücumçusu ilə 3 illik müqavilə imzalanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [19:17]
Mingəçevir Reqatası ərəfəsində Füzulidə sakinlərlə görüş olub
- 28.09.2026 [18:57]
“Yuventus” “Barselona”nın sabiq qapıçısını transfer edib
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]