ELM VƏ TƏHSİL
Təhsil krediti alanların əksəriyyəti qadın tələbələrdir
Bakı, 28 oktyabr, AZƏRTAC
Təhsil Tələbə Krediti Fondu kreditdən yararlanan tələbələrin statistikasını açıqlayıb.
Fonddan AZƏRTAC-a bildirilib ki, təhsil kreditindən yararlananların 41,73 faizi kişi, 58,27 faizi isə qadın tələbələrdir.
Bildirilib ki, bu günə qədər 25 min təhsil tələbə krediti verilib. Kreditdən yararlananların 72,47 faizi bakalavr, 23,64 faizi magistratura və 3,88 faizi isə orta ixtisas təhsili səviyyələrində oxuyan tələbələrdir.
Rəsmiləşdirilən kreditlərin 36,12 faizi sosial, 63,88 faizi isə standart təhsil tələbə kreditidir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 30.04.2024 [14:10]
BDU-nun tələbəsi: Karyera Festivalı iş axtaran gənclər üçün faydalı olacaq
- 30.04.2024 [13:59]
Birinci siniflərə qeydiyyat üçün Bakıda 27 alternativ mərkəz yaradılıb
- 30.04.2024 [13:55]