Azərbaycan Dövlət İnformasiya Agentliyi

TƏHSİL NAZİRİ MİSİR MƏRDANOVUN ÇIXIŞI

Təhsil naziri MİSİR MƏRDANOV ölkənin ulu öndər Heydər Əliyev tərəfindən müəyyən olunmuş təhsil konsepsiyasının reallaşması istiqamətində görülən nəhəng işlər və qarşıya çıxan problemlər barədə danışdı:

-Möhtərəm cənab Prezident!

Hörmətli iclas iştirakçıları!

İcazə verin, ümummilli liderimiz Heydər Əliyevin Fərmanı ilə təsis olunmuş “1 avqust - Azərbaycan dili və Azərbaycan əlifbası günü” münasibətilə sizi təbrik edim, ölkəmizin inkişafı naminə şərəfli fəaliyyətinizdə hamınıza uğurlar arzulayım.

Cənab Prezident, hesabat dövründə Təhsil Nazirliyi fəaliyyətini ölkə Konstitusiyasına, ümummilli lidermiz Heydər Əliyev tərəfindən təsdiq olunmuş Təhsil İslahatı Proqramına, Sizin fərman və sərəncamlarınıza, hökumətin qərarlarına müvafiq olaraq qurmuş, işini ölkəmizdə təhsilin inkişafını təmin edən dövlət proqramlarının həyata keçirilməsi istiqamətində davam etdirmişdir.

İcazənizlə, cənab Prezident, yeni tədris ili başlananadək həyata keçiriləcək tədbirləri yüksək diqqətinizə təqdim edim. Cari ilin sentyabrın 15-dək 34 min şagird yerlik 57 yeni məktəb binası, 59 məktəbin yanında 16 min şagird yerlik yeni korpuslar, 710 yerlik 7 uşaq bağçası istifadəyə veriləcək, 38 məktəbin əsaslı təmiri başa çatdırılacaqdır. Cənab Prezident, xüsusi vurğulamaq istəyirəm ki, yeni məktəblərin 22-si, əlavə korpusların 21-i, uşaq bağçalarının hamısı, əsaslı təmir olunan məktəblərin 15-i Bakı şəhərində yerləşir. Bu, paytaxtda tədrisin keyfiyyətinə mənfi təsir edən şagird sıxlığı və çoxnövbəlilik probleminin həllinə kömək edəcəkdir.

Cari ilin sonunadək daha 84 yeni məktəb və əlavə korpus, 3 uşaq bağçası istifadəyə veriləcək, qəza vəziyyətində olan daha 13 məktəbin əsaslı təmirinə, 46 yeni məktəbin inşasına başlanacaq, bu müəssisələr 2008-ci ildə təhvil veriləcəkdir. Beləliklə, möhtərəm cənab Prezident, bir il ərzində ölkəmizdə dövlət vəsaiti hesabına 200 yeni məktəbin tikintisi başa çatdırılacaqdır. Son 4 ildə yeni inşa edilən məktəblərin sayı 1200-ü ötəcəkdir. Bütün təhsil ictimaiyyətinin fikrini ifadə edərək xüsusi vurğulamaq istəyirəm ki, Sizin rəhbərliyinizlə əldə edilmiş bu misilsiz nailiyyət Azərbaycan tarixinin ən yaddaqalan səhifələrindən biri olacaqdır.

Yeni tikilmiş və əsaslı təmir olunmuş məktəblərin hamısı müasir avadanlıqla təchiz edilmişdir. Bundan əlavə, müvafiq proqrama əsasən cari ildə 158 məktəbə yüksək keyfiyyətli avadanlıq verilməklə, ümumilikdə belə məktəblərin sayı 325-i keçmişdir. Sizin qayğınız nəticəsində bu ilin payız-qış mövsümünədək Bakı şəhərində 250 məktəbin istilik sisteminin təmiri və bərpası problemi də öz həllini tapacaqdır.

Hörmətli cənab Prezident!

Bu sahədə görülmüş işlərlə yanaşı, problemlərimiz hələ də qalmaqdadır. Ölkənin 4525 məktəbi mütəxəssislər tərəfindən müayinədən keçirilmiş və məlum olmuşdur ki, 600 məktəb üçün yeni binanın inşa edilməsinə, 700-dən çox məktəb üçün əlavə korpusların tikintisinə, 1500 məktəbin əsaslı təmirinə, məktəblərin 70 faizinin istilik sisteminin təmiri və bərpasına, 60 faizdən çoxunun müasir avadanlıqla, o cümlədən laboratoriya və əyani vəsaitlərlə təminatına hələ də ehtiyac vardır.

Sizin tapşırığınıza əsasən, bu problemin həlli üçün 5 illik inkişaf proqramı hazırlanmışdır. Proqrama əsasən, hər il 120 yeni məktəbin tikintisi, 140 məktəb üçün əlavə korpusların inşası, 300 məktəb əsaslı təmir olunacaqdır. Yəni, hər il 500-dən çox təhsil müəssisəsinin əsaslı təmiri və tikintisi aparılmalıdır. İlkin hesablamalara görə, bu işlərin görülməsinə hər ildə 400 milyondan çox vəsait tələb olunacaqdır.

Cənab Prezident, Sizin təsdiq etdiyiniz Proqram çərçivəsində ilin sonuna qədər ölkəmizdə daha 2519 məktəb İKT avadanlığı ilə təchiz olunacaq, 500-dən çox məktəbə noutbuk və proyektorlar veriləcək, 4000 müəllim treninqdən keçiriləcək, ölkənin kompyuterləşmiş məktəbləri 4 fənn - Azərbaycan tarixi, kimya, biologiya, fizika üzrə audiovizual tədris sistemləri və əyani vəsaitlərlə təmin ediləcəkdir. Beləliklə, 3 il ərzində həyata keçirilən proqram çərçivəsində məktəblərin kompyuterləşməsinin birinci mərhələsi başa çatacaq, 5-11-ci siniflərdə 29 şagirdə bir kompyuter nisbəti təmin olunacaqdır. Sizin tapşırığınıza əsasən, ölkənin təhsil sisteminin informasiyalaşdırılması üzrə 2008-2012-ci illəri əhatə edən yeni dövlət proqramının hazırlığı da artıq başa çatdırılmışdır.

Hörmətli cənab Prezident!

Orta məktəblərin dərsliklərlə təmin olunması proqramı da davam etdirilir. 2007/2008-ci tədris ili üçün 156 adda 5 milyon nüsxədən çox dərsliyin nəşri nəzərdə tutulubdur. Dərsliklərin 60 faizdən çoxu artıq çap olunub məktəblərə çatdırılmaqdadır. Eyni zamanda, Gürcüstan və Dağıstanda yaşayan soydaşlarımızın ehtiyacları da nəzərə alınmışdır. İndiyədək məktəblər üçün ciddi problemlərdən biri olan xəritələrin hazırlanması məsələsi öz həllini tapmış, 19 adda xəritə çap edilərək məktəblərə paylanmışdır.

Hörmətli cənab Prezident, böyük məsuliyyətlə yüksək diqqətinizə çatdırmaq istəyirəm ki, məktəblərimizin latın qrafikası ilə çap olunmuş dərsliklər, dərs vəsaitləri, əlavə oxu materialları ilə təminatı sahəsində bu gün heç bir problem qalmamışdır.

2008/2009-cu dərs ilindən yeni dərslik siyasətinə, dərsliklərin yeni qiymətləndirilməsi mexanizminə keçiləcəkdir. Yeni siyasətə əsasən, hər bir fənn üzrə dərslikdən əlavə, daha iki vəsaitin - müəllimlər üçün vəsaitin və şagirdlər üçün iş dəftərinin hazırlanması nəzərdə tutulmuşdur. 2005-2009-cü illəri əhatə edən məktəblərin pedaqoji kadrlarla təminatı proqramına əsasən, bu il güzəştli şərtlərlə 1300-dən çox müəllim ucqar kənd məktəblərinə, ciddi ehtiyac olan yerlərə göndəriləcəkdir.

Cənab Prezident, təhsilin digər probleminə diqqətinizi cəlb etmək istəyirəm. Son illər Sizin diqqətiniz nəticəsində təhsil sektoruna ayrılan maliyyə vəsaitinin bir neçə dəfə artırılmasına baxmayaraq, etiraf edirəm ki, hələ də keyfiyyət baxımından istədiyimiz nəticəni əldə edə bilməmişik. Əlbəttə, səbəblər çoxdur, ancaq bizim fikrimizcə, başlıca səbəb valideynlərin, müəllimlərin, təhsil alanların və bütövlükdə ictimaiyyətin bu vacib məsələyə yanaşmasının düzgün olmamasıdır.

Möhtərəm cənab Prezident!

Fürsətdən istifadə edərək, son 6 ay ərzində təhsilin üç prioritet istiqaməti - Azərbaycan gənclərinin xaricdə təhsili, məktəbəqədər təhsil və texniki peşə təhsili üzrə dövlət proqramlarını təsdiq etdiyinizə görə ölkənin təhsil ictimaiyyəti adından Sizə dərin minnətdarlığımı bildirirəm. Hazırda hər üç proqram üzrə işlər müvafiq dövlət və qeyri-dövlət qurumları ilə əlaqəli şəkildə davam etdirilir.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub

Azərbaycan və Laos prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB VİDEO

Şeyxülislam: Bizi bəzi dövlətlərlə qarşıdurmaya sürükləmək istəyən qüvvələr var

MEK-də Hənəfi Zeynallının xatirəsinə həsr olunmuş sərgi açılıb

BVF: Süni intellekt şirkətlərinin səhmlərinin ucuzlaşması maliyyə sabitliyini təhdid edir

Deputat: Məktəb dünyəvi təhsilin, milli dəyərlərin və ideoloji təhlükəsizliyin əsas dayağıdır

Gürcüstan rəqəmsal milli valyutanın buraxılmasına qanunvericilik səviyyəsində icazə verəcək

Qazaxıstanlı ekspert : Özəl sektorun sərmayələri Orta Dəhlizin nəqliyyat potensialını gücləndirir

Qırğızıstan dağlarında buzlaqların vəziyyətində ciddi dəyişikliklər qeydə alınıb

QMİ sədri: Dövlətimizə qarşı dil uzatmaq qəbuledilməzdir

Milli Məclisin Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qrupu bəyanat yayıb

Allahşükür Paşazadə: Azərbaycanda hicab qadağan olunmayıb