Təhsil Nazirliyi ehtiyacı olan ailələrə ərzaq yardımı edib
Bakı, 23 aprel, AZƏRTAC
Aprelin 23-də Təhsil Nazirliyinin əməkdaşları Pirşağı qəsəbəsində yerləşən Qarabağ sanatoriyasında məskunlaşmış 82 məcburi köçkün ailəsinə ərzaq yardımı edib.
Nazirlikdən AZƏRTAC-a bildirilib ki, yardım aksiyasının məqsədi pandemiya dövründə yaşayışında çətinlik yaranmış, ehtiyacı olan insanlara dəstək göstərməkdir.
Yardım aksiyası aprelin 24-də də davam etdiriləcək. Bakı şəhəri Nəsimi rayonundakı aztəminatlı, həmçinin tək yaşayan yaşlı insanlar olmaqla 62 ailəyə ərzaq yardımı ediləcək.