Təhsil Nazirliyi yay məktəbinin təşkili ilə bağlı sorğu keçirir
Bakı, 25 may, AZƏRTAC
Təhsil Nazirliyi yay məktəbinin təşkili ilə bağlı sorğu keçirir.
Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, pandemiya səbəbindən 2020-2021-ci il tədris ilinin əhəmiyyətli hissəsi distant (məsafədən) formada təşkil edilib. Mövcud vəziyyəti nəzərə alaraq, zəruri bilik və bacarıqların möhkəmləndirilməsi məqsədilə iyunun 16-dan etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsasda yay məktəbinin təşkil edilməsi nəzərdə tutulur. Sorğunun keçirilməsində məqsəd yay məktəbinin təşkilinə münasibətin öyrənilməsidir.
Yay məktəbi ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:23]
Məktəb mühitində vahid geyim: dünyəvilik və sosial bərabərlik
- 12.10.2026 [17:28]
Dövlət Proqramı təqaüdçülərinin beynəlxalq karyera imkanları genişləndirilir
- 12.10.2026 [16:58]
BDU-nun 15 tələbəsi Prezident təqaüdünə layiq görülüb
- 12.10.2026 [16:37]
“Folklorşünaslığın nəzəri əsasları” kitabı nəşr olunub
- 12.10.2026 [16:34]