TƏHSİL SAHƏSİNİN MƏSUL İŞÇİLƏRİ ABŞ-A SƏFƏR EDƏCƏKLƏR
Birləşmiş Ştatların Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) maliyyələşdirdiyi səfər çərçivəsində Prezidentin İcra Aparatının, Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının, Təhsil Nazirliyinin əməkdaşları, Milli Məclisin elm və təhsil məsələləri daimi komissiyasının, bir neçə ali təhsil ocağının nümayəndələri Nyu Cersi ştatında ABŞ-ın test qurumu olan Təhsil Test Xidmətində təlim kursu keçəcəklər. Nümayəndə heyətinin üzvləri burada müasir standartlara cavab verən imtahan sistemi, ali məktəblərə qəbul metodologiyası, təhsil sistemində şəffaflığın təmin edilməsi sahəsində təcrübə ilə tanış olacaqlar.
ABŞ-ın “World Learning” təşkilatının reallaşdıracağı səfər müddətində nümayəndə heyətimiz Nyu Cersi Kollecinin rəhbərliyi ilə də görüşəcəkdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]