Təhsildə Keyfiyyət Təminatı Agentliyi ADU-da təlim təşkil edib
Bakı, 18 may, AZƏRTAC
Təhsildə Keyfiyyət Təminatı Agentliyi (TKTA) tərəfindən Azərbaycan Dillər Universitetində (ADU) təlim keçirilib.
Universitetdən AZƏRTAC-a bildirilib ki, təlim Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Keyfiyyət təminatı departamentinin Təlim və metodologiya şöbəsinin müdiri Asiman İlyasov tərəfindən təşkil olunub.
Təlimlərin əsas məqsədi ADU-nun akademik və inzibati heyətinə ali təhsil müəssisələrinin xarici keyfiyyət təminatı qaydalarına və qiymətləndirmə meyarlarına dair geniş məlumatların verilməsi olub.
Qeyd edək ki, daxili və xarici keyfiyyət təminatı istiqamətində təlimlər təşkil etmək TKTA-nın Nizamnaməsinə əsasən fəaliyyət istiqamətlərindən biridir.