ELM VƏ TƏHSİL
Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşların qəbulunu yanvarın 31-dək dayandırıb
Bakı, 8 yanvar, AZƏRTAC
Ölkə ərazisində xüsusi karantin rejiminin müddətinin uzadılması barədə müvafiq qərara uyğun olaraq Təhsildə Keyfiyyət Təminatı Agentliyi vətəndaşların qəbulunu yanvarın 31-dək dayandırıb.
Agentlikdən AZƏRTAC-a bildirilib ki, təhsil sahəsində dövlət xidmətlərinin göstərilməsini təmin etmək üçün bu dövr ərzində müraciətlər 146-1 Telefon Məlumat Mərkəzi, eləcə də [email protected] və ya [email protected] elektron poçt ünvanları vasitəsilə cavablandırılacaq. Vətəndaşlar, həmçinin xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması elektron xidmətindən yararlana bilərlər.
Bundan əlavə, vətəndaşlara Agentliyin internet saytının (www.tkta.edu.az) “Mütəmadi verilən suallar” bölməsi ilə tanış olmaları tövsiyə edilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 15.05.2024 [19:18]
Mayın 20-dən lisey və gimnaziyalara ərizə qəbuluna başlanılır
- 15.05.2024 [18:50]
Məhəmməd Füzuli: dövrü və mühiti – dəyirmi masa
- 15.05.2024 [18:28]
ADU-da Belarus Dili və Mədəniyyəti Mərkəzi açılıb
- 15.05.2024 [18:00]
“Gənc istedadlar” liseyində təlim: İmtahan stresinin aradan qaldırılması
- 15.05.2024 [17:36]