TƏLƏBƏ QƏBULU ÜZRƏ DÖVLƏT KOMİSSİYASINDA BRİFİNQ KEÇİRİLMİŞDİR
Komissiyanın sədri Məleykə Abbaszadə “Abituriyent” jurnalının 11-ci nömrəsinin çapdan çıxdığını və həmin nəşrdə bu il ali məktəblərə yüksək nəticələrlə qəbul olunmuş abituriyentlər haqqında məlumatlar verildiyini bildirmişdir.
Qeyd olunmuşdur ki, 2005�6-cı tədris ili üçün ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarında 100 mindən çox abituriyent iştirak etmiş, onlardan 1045 nəfəri (1 faiz) 600-dən çox bal toplamışdır. Yüksək nəticələr qazanan gənclərdən 221-i Bakı Dövlət Universitetinə, 80-i Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına, 99-u Dövlət Neft Akademiyasına, 106-sı Azərbaycan Tibb Universitetinə, 440-ı Dövlət İqtisad Universitetinə qəbul olunmuşdur. Onlar 70-dən artıq rayonun orta məktəblərinin məzunlarıdırlar.
M.Abbaszadə diqqətə çatdırmışdır ki, ali məktəblərə ən yüksək balla daxil olmuş 100 nəfər Prezident təqaüdünə layiq görülmüşdür.
Brinfinqdə TQDK-da son aylar görülmüş işlər barədə də məlumat verilmişdir.
Sonra komissiyanın sədri jurnalistləri maraqlandıran sualları cavablandırmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.08.2023 [11:22]
Balaca bir damcı hər şeyi dəyişəcək: nanosensor istehsalında inqilab
- 03.08.2023 [04:43]
Böyük Britaniyada ilk dronlu poçt texnologiyası sınaqdan keçirilib
- 29.07.2023 [12:15]