ELM VƏ TƏHSİL
Tələbələr təcrübəli spikerlərdən əmək bazarının şərtlərini öyrəniblər
![](/files/galleryphoto/2023/3/1200x630/1698224035541535684_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982240353495950315_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982240354368247285_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982240355942962145_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/1698224035738556412_1200x630.jpg)
![](/files/galleryphoto/2023/3/1200x630/16982240351335414094_1200x630.jpg)
Bakı, 25 oktyabr, AZƏRTAC
Azərbaycan Memarlıq və İnşaat Universitetində (AzMİU) “GUYS” İctimai Birliyinin təşkilatçılığı, “Brain Design” Akademiyası və “Talk Time Academy”nin tərəfdaşlığı ilə “Tələbə İnkişaf Proqramı - AzMİU” adlı forum keçirilib.
AzMİU-dan AZƏRTAC-a bildirilib ki, “GUYS” İctimai Birliyinin təsisçisi Mübariz Quliyevin moderatorluğu ilə keçirilən forumun məqsədi iş mühitində müvəffəqiyyət qazanmış spikerlərlə tələbələrin görüşünü gerçəkləşdirmək, onların gələcək karyera planlarına istiqamət vermək və əmək bazarı ilə bağlı dəyərli məsləhətlər qazandırmaq olub.
Prorektor Orxan Naqdiyev çıxışında AzMİU-da belə görüşlərin artıq ənənə halını aldığını və buna rəhbərliyin də marağında olduğunu qeyd edib.
Forumda spiker qismində “Bakı Metropoliteni" QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Bəxtiyar Məmmədov, "Nefertum" MMC-nin direktoru gənc sahibkar Fərid Quluzadə, "Talent Staff and Business Solutions" MMC-nin direktoru insan resursları üzrə mütəxəssis Sevda Quliyeva, "Büro Mühit" MMC-nin aparıcı memarı və AzMİU-nun müəllimi Teymur İsazadə iştirak ediblər.
Spikerlər karyera yolunda ilkin addımlar, şəxsi inkişaf, qarşıya çıxan fürsətlər və onların dəyərləndirilməsi, əmək bazarının bugünkü tələbləri barədə öz təcrübələrini bölüşüblər.
Sonda iştirakçılar forumun tərəfdaş şirkətlərindən endirim fürsətləri qazanıb, elektron sertifikatlar əldə ediblər.
Qeyd edək ki, müasir təhsil modelinə sahib olan AzMİU tələbələrinə təkcə keyfiyyətli təhsil mühiti və ixtisas bilikləri qazandırmaqla kifayətlənmir, eləcə də onlara əmək bazarının tələblərinə cavab verən “yumşaq” bacarıqlar qazandırır. Universitet mütəmadi olaraq tələbələrin fərdi inkişaflarını dəstəkləyən layihələrə ev sahibliyi edir, müxtəlif istiqamətlərdə kurslar, vörkşoplar, master-klaslar təşkil edir.