Tələbələrə tullantıların idarə edilməsi sahəsində mövcud vəziyyətlə bağlı məlumat verilmişdir
Bakı, 1 aprel (AZƏRTAC). “Təmiz Şəhər” ASC gənc nəslin ekologiya sahəsində maarifləndirilməsi məqsədi ilə bir sıra universitetlərlə əməkdaşlıq edir. ASC-nin əməkdaşları tərəfindən universitetlərdə keçirilmiş tədbirlərin əsas məqsədi gənc nəslin ekologiya sahəsində məlumatlılıq səviyyəsinin artırılması, onların diqqətinin ətraf mühitin mühafizəsinə yönəldilməsi olmuşdur.
Cəmiyyətin mətbuat xidmətindən AZƏRTAC-a bildirmişlər ki, növbəti tədbir Xəzər Universitetində keçirilmişdir. Universitetin tələbələrinə Bakı şəhərində tullantıların idarə edilməsi sahəsində mövcud vəziyyət, əldə olunan nailiyyətlər, eləcə də “Təmiz Şəhər” ASC-nin fəaliyyəti haqqında məlumat verilmişdir.
Mühazirələr tələbələr tərəfindən böyük maraqla qarşılanmışdır.
“Təmiz Şəhər” ASC tərəfindən gənclərin bu sahədə bilik səviyyəsinin artırılması və tullantıların idarə edilməsi sahəsində maraqlı olan hər kəsin məlumatlandırılması üçün Balaxanı qəsəbəsindəki bərk məişət tullantılarının yandırılması və çeşidlənməsi zavodlarına mütəmadi turlar təşkil edilir.
Xəzər Universitetində təşkil edilmiş mühazirədə iştirak edən tələbələrin də zavodlara praktiki turlarının təşkil olunması nəzərdə tutulur.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 02.10.2026 [13:04]
COP31 Sədrliyi dəniz tullantılarının təmizlənməsi platformasını təqdim edib
- 02.10.2026 [10:37]
Bəzi yerlərdə leysan xarakterli yağış yağır, şimşək çaxır
- 01.10.2026 [17:53]
Sentyabrda orta aylıq temperatur iqlim normasından yuxarı olub
- 01.10.2026 [17:32]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 01.10.2026 [13:27]
Sabah yağış yağacaq, külək güclənəcək
- 30.09.2026 [19:04]
Küləkli hava şəraiti ilə bağlı sarı və narıncı xəbərdarlıq verilib
- 30.09.2026 [18:31]
Hava şəraiti qeyri-sabit keçəcək, temperatur 5-8 dərəcə enəcək - XƏBƏRDARLIQ
- 30.09.2026 [15:39]