ELM VƏ TƏHSİL
Teledərslərin 24 aprel cədvəli
![Teledərslərin 24 aprel cədvəli](/files/2020/1/1200x630/15876377143172158132_1200x630.jpg)
Bakı, 23 aprel, AZƏRTAC
“Mədəniyyət” və “ARB Günəş” telekanallarında yayımlanan “Dərs vaxtı” verilişinin aprelin 24-ü üçün nəzərdə tutulan cədvəli müəyyənləşdirilib. Bu barədə AZƏRTAC-a Təhsil Nazirliyindən məlumat verilib.
Təhsil Nazirliyi dərs cədvəlinə diqqət etməyi, tədris olunan mövzuları “Dərs vaxtı”nda öyrənməyi tövsiyə edir.
Xatırladaq ki, martın 11-dən başlayaraq Təhsil Nazirliyinin təşkilatçılığı ilə “Mədəniyyət” və “ARB Günəş” telekanallarında “Dərs vaxtı” proqramının yayımına start verilib. Proqram çərçivəsində həftənin 5 günü teledərslər keçirilir. Teledərslər bütün sinifləri əhatə edir, dərs mövzularına dair qısa izah və təlimatlar təqdim olunur.
“Dərs vaxtı”na ekran qarşısında baxa bilməyənlər onu Təhsil Nazirliyinin rəsmi “YouTube” kanalı ilə yanaşı, “Facebook” səhifəsindən, eyni zamanda, “Təhsil” televiziyasının “Facebook” səhifəsindən, nazirliyin videodərslər portalından (https://video.edu.az/) izləyə bilərlər.