TELEFON QOVŞAQLARI ELEKTRONLAŞDIRILIR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, Bakı Telefon Rabitəsi İstehsalat Birliyi Qaradağ, Əzizbəyov və Sabunçu telefon qovşaqlarının elektronlaşdırılmasını başa çatdırmışdır.
Hazırda Yasamal, Xətai və Nizami telefon qovşaqlarında bu proses davam edir.