TELEFON RABİTƏSİ İNKİŞAF EDİR
Rabitə və İnformasiya Texnologiyaları Nazirliyindən AZƏRTAC-a bildirmişlər ki, ötən il Bakı Telefon Rabitəsi İstehsalat Birliyi şəbəkəsinin montaj tutumu 509 min nömrəyə çatmış, müasir elektron tipli ATS-lərin həcmi 65,1 faiz artırılmış, tarif gəliri üzrə proqnoza 101 faiz əməl edilmişdir. Hesabat dövründə 30 min əvəzinə 45 min yeni telefon xətti çəkilmişdir. Müəssisədə orta aylıq əmək haqqı ilin əvvəlinə nisbətən 25 faiz artmışdır.