“Təmiz İsmayıllı” sosial aksiyası davam edir
İsmayıllı, 2 iyun, AZƏRTAC
Gənclərin İnkişaf və Karyera Mərkəzinin İsmayıllı nümayəndəliyi “Təmiz İsmayıllı” sosial aksiyasını davam etdirir.
Mərkəzin İsmayıllı nümayəndəliyinin ictimaiyyətlə əlaqələr üzrə mütəxəssisi Səadət Rəhimova AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, növbəti aksiya İsmayıllı-Qəbələ magistral yolunun kənarlarında keçirilib. Belə ki, aksiya çərçivəsində gənclər magistral yolun ətrafını məişət və digər tullantılardan təmizləyib, səliqə-sahman işləri görüblər.
S.Rəhimova qeyd edib ki, gənclərin bu addımında əsas məqsəd insanların ətraf mühitin mühafizəsinə münasibətini dəyişmək, ictimaiyyətin diqqətini ekoloji problemlərin həllinə yönəltmək, habelə müəyyən qrup insanlarda ekoloji mədəniyyəti formalaşdırmaqdır.