Azərbaycan Dövlət İnformasiya Agentliyi

Terrorçuların Qarabağa köçürülməsi Ermənistanın yeni müharibə şəraiti yaratmaq planlarını ifşa edir

Terrorçuların Qarabağa köçürülməsi Ermənistanın yeni müharibə şəraiti yaratmaq planlarını ifşa edir

Bakı, 21 sentyabr, AZƏRTAC

İraq, Suriya və Livandan, habelə digər müharibə və fəlakət zonalarından ermənilərə dəstək adı altında artıq beşinci ildir ki, onların Azərbaycanın işğal olunmuş ərazilərinə qanunsuz köçürülməsi davam edir. Əlbəttə ki, bu fakt özlüyündə işğal edilmiş ərazilərə dair beynəlxalq konvensiyalara ziddir. Lakin beynəlxalq ictimaiyyətdən nəinki Qafqazın, eləcə də yaxın region ölkələrinin təhlükəsizliyini təhdid edə biləcək daha bir cinayətkar proses həyata keçirilməkdədir. Ermənistan işğal edilmiş ərazilərə Yaxın Şərqdən terrorçu qruplaşmaların yaraqlılarını yerləşdirir.

Bunu AZƏRTAC-a açıqlamasında Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva deyib.

Sədaqət Vəliyeva bildirib ki, dünya ölkələri, həmçinin BMT də daxil olmaqla mötəbər beynəlxalq təşkilatlar tərəfindən Azərbaycanın ərazisi kimi tanınan Dağlıq Qarabağda terrorçuların yerləşdirilməsi Ermənistan tərəfindən beynəlxalq hüququn norma və prinsiplərinin yenidən sərt şəkildə pozulması deməkdir. Deputat bildirib: “Məlumatlara görə, Ermənistanın İraqdakı səfirinin vasitəçiliyi ilə bu ilin yayında Yerevan hakimiyyəti kürd təşkilatları ilə əlaqə qurub və Dağlıq Qarabağda PKK kürd terror təşkilatının yaraqlılarının yerləşdirilməsi haqqında razılaşma əldə edib. Bu razlaşmaya əsasən, İraqın şimalından yüzlərlə PKK yaraqlısı Azərbaycanın işğal edilmiş əraziləri istiqamətində yola düşüblər. Qarabağa PKK yaraqlılarının köçürülməsi Ermənistanın Azərbaycanla yeni toqquşmalar başlatmaq, xüsusilə də Azərbaycan ilə Türkiyə arasında hərbi-texniki əməkdaşlığın genişlənməsindən narahat olan bəzi region dövlətlərinin Qarabağda yeni müharibəyə rəvac vermək niyyətlərini göstərir”.

“Terrorçuların Qarabağa köçürülməsi Ermənistanın yeni müharibə şəraiti yaratmaq planlarını ifşa edir”, - deyən Sədaqət Vəliyeva əlavə edib ki, terroristlərin bu əraziyə köçürülməsi iyul ayında Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu hissəsində gərginliyin artmasına Ermənistan tərəfinin səbəb olduğunu bir daha sübut edir və bu, özlüyündə Azərbaycanın işğal altında olmayan ərazilərinə birbaşa təhlükədir. “Belə qüvvələrin Azərbaycanın işğal altındakı ərazilərində yerləşdirilməsi Ermənistanın münaqişə üzrə mövcud sülh danışıqlarını davam etdirmək niyyətində olmadığını açıq-aşkar göstərir. Çünki PKK döyüşçülərinin Dağlıq Qarabağda yerləşdirilməsi Ermənistanın Azərbaycana qarşı növbəti təxribat hazırlıqları içində olması ehtimalını yüksəldir. Bu vəziyyət ATƏT-in Minsk qrupunun təcili surətdə məsələyə müdaxiləsini və Ermənistana xəbərdarlıq etməsini, lazım gəldiyi təqdirdə daha sərt addımların atılmasını tələb edir. Həmçinin bu qüvvələrin Dağlıq Qarabağa gətirilməsi yalnız Azərbaycan üçün deyil, eyni zamanda, bütün region üçün təhlükə törədəcək və regiondakı aparıcı ölkələrin tənqidi münasibət bildirməsi zərurəti yaradır. Əgər Ermənistanın bu cür məsuliyyətsiz hərəkətlərinə zamanında reaksiya verilməsə, sonrakı eskalasiya proseslərinin məsuliyyəti birbaşa Yerevanın üzərində olacaq”.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Bölmənin digər xəbərləri

XİN: Ermənistan xarici işlər nazirinin iddiaları tamamilə əsassızdır

BMT: 2024-cü ildə miqrantlar arasında ölüm halları rekord həddə çatıb

Kimlər gəldi, kimlər getdi...

ABŞ 530 mindən çox miqrantı hüquqi statusundan məhrum edəcək

Böyük Britaniya sığınacaq axtaranları Balkanlara göndərməyi planlaşdırır

Qazaxıstanda milli geyimlə dünya rekordu qeydə alınıb

Türkiyədə orta təhsil formulu yenidən nəzərdən keçirilə bilər

Macarıstan Türkiyə ilə tərəfdaşlığı yüksək qiymətləndirir

Roma Papasının xəstəxanadan evə buraxılacağı bildirilib

Qazaxıstanda fləşmob: 500 qadın qədim ipəyirmə sənətini nümayiş etdirdi

Alimlər mikrobların əsaslı hüceyrələrlə əlaqəsini aşkarlayıblar

Türkiyə XİN rəhbərinin müavini: Novruz türk xalqlarının mədəni zənginliyinin və dəyərlərinin ortaq göstəricisidir

Beynin sözləri yadda saxlamaq üçün lazım olan hissələri məlum olub - TƏDQİQAT

Ersin Tatar: ŞKTC və Azərbaycan enerji və turizm sahələrində fəal əməkdaşlıq edə bilərlər

Gürcüstan “Yer saatı” qlobal kampaniyaya qoşulub

Türkiyədə 343 qanunsuz aksiya iştirakçısı saxlanılıb

Fernandu Santuş: Bir neçə qol vəziyyəti yaratsaq da, yararlana bilmədik

Mahir Emreli: Qol vursaydıq, bəlkə də fərqli oyun görə bilərdik

Almaniya Cənubi Sudandakı səfirliyini bağlayır

Azərbaycan cüdoçusu Almaniyadakı turnirdə qızıl medal qazanıb

Azərbaycan millisi Haitiyə məğlub olub

Qazaxıstanda sərnişin qatarında yanğın baş verib

Azərbaycanın U-21 millisi Moldovaya qalib gəlib

Keniyaya məxsus təyyarə Somali yaxınlığında qəzaya uğrayıb

“Brexit” Britaniya biznesinə illik 37 milyard funt sterlinqə başa gəlir

ABŞ-da atışma nəticəsində 3 nəfər ölüb, 14 nəfər yaralanıb

Sabah Şərur rayonunun bir sıra kəndlərinə qaz təchizatı dayandırılacaq

Filippində itkin düşən alman turistlər tapılıb

Fransada irqçilik və faşizmə qarşı nümayişlər başlayıb

Cənubi Koreyada meşə yanğınında 2 yanğınsöndürən həlak olub

Berlində neonasistlərin aksiyasında 20-dək iştirakçı saxlanılıb

Strasburqda Novruz bayramı muğam konserti ilə qeyd olunub

ABŞ “Qızıl Qübbə” müdafiə sistemi hazırlayır

Putin Vuçiçlə mayın 9-da Moskvada danışıqlar aparacaq

Nigerdə məscidə hücum nəticəsində 44 nəfər öldürülüb

Bəzi yerlərdə yağıntılı hava şəraiti davam edir - FAKTİKİ HAVA

Papa Fransisk 38 gün sonra ictimaiyyət qarşısına çıxacaq

İmişlidə 82 yaşlı qadın kanalda boğularaq ölüb VİDEO

Naxçıvanda dönərxanada kütləvi qida zəhərlənməsi baş verib

İki kiloqram quzu əti qiymətinə satılan quzuqarnı - Şabrandan REPORTAJ VİDEO

Mingəçevir teatrı Novruz bayramında uşaqları yeni səhnə əsəri ilə sevindirib

“Novruz 2025” düşərgəsindən 700-ə yaxın təhsil işçisi və tələbə faydalanacaq

Tbilisinin mərkəzində Novruz şənliyi təşkil olunub

Xalq yazıçısı Süleyman Rəhimovun anadan olmasının 125 illiyi münasibətilə virtual kitab sərgisi hazırlanıb

ADY-də çirkli suların təkrar istifadəyə verilməsi necə həyata keçirilir?

Bu kənddə at yarışları el bayramına çevrilir

"Roma" almaniyalı müdafiəçi ilə müqaviləni uzatmayacaq

İngiltərə millisinin futbolçusu tarixə düşüb

Naxçıvanda Novruz bayramı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib VİDEO

AFFA rəsmisi UEFA-nın iclasında iştirak edib

Hitrou hava limanı fəaliyyətini tam bərpa edib

Baş Dövlət Yol Polisi İdarəsi: İki gün ərzində 12 yol-nəqliyyat hadisəsi qeydə alınıb

ADSEA Naxçıvanda tədbir keçirib

Bakıda və Abşeron yarımadasında hava şəraiti dəyişkən buludlu olacaq-PROQNOZ

İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri bu gün ikinci dəfə ifadə verib

Londonda yaşayan azərbaycanlı cərrah: Yaxşı həkim olmaq üçün bilik kifayət deyil - MÜSAHİBƏ

Əfsanəvi boksçu 76 yaşında dünyasını dəyişib

Milli Qəhrəman Vəzir Orucovun xatirəsi anılıb

“Cultural Dinner” tədbirində Azərbaycan mətbəxi və mədəniyyəti təşviq olunub

Azərbaycan mətbəxi Vyetnamın ilk barbekü festivalında təqdim olunur VİDEO

Yanvar-fevral aylarında sosial sahə ilə bağlı 4,6 milyon müraciət edilib

Bakıda lombarda basqın edərək işçiləri ölümlə hədələyən maskalı şəxs saxlanılıb VİDEO

Türkmənistan prezidenti Azərbaycan stendi ilə tanış olub

Qar uçqununda həlak olan hərbi qulluqçu Rüstəm Həmidov Bərdədə torpağa tapşırılıb VİDEO

Gədəbəydə qar uçqununda həlak olan əsgər Əli İmanov Sabirabadda dəfn edilib VİDEO

NBA: “Finiks Sanz” qalib gəlib, "Denver Naqqets" məğlub olub

Lvovda daun sindromlu uşaqlara bayram sovqatı paylanılıb

Almaniyada Əyalət Nümayəndələri Şurası 500 milyard avroluq maliyyə paketini təsdiqləyib

Trend Aleksandr-Arnold "Liverpul"un yeni müqavilə təklifindən imtina edib

Alatavada fərdi ev yanıb, bir nəfər xəsarət alıb

Bu gün Xalq artisti Lütfəli Abdullayevin doğum günüdür

Narkotik vasitənin təsiri altında motosiklet idarə edən daha bir sürücü həbs edilib

Vüsal Qasımlı Taylandda qlobal beyin mərkəzləri tədbirində çıxış edib

Leyla Əliyevanın təşəbbüsü ilə Xızı rayonunda uşaqlar üçün Novruz şənliyi keçirilib

Polis ötən gün 18 avtomat, 3 tapança və 5 tüfəng aşkar edərək götürüb

DİN: Cinayət törətməkdə şübhəli bilinən 21 nəfər saxlanılıb

Azərbaycanın U-21 millisi bu gün Moldova ilə qarşılaşacaq

Naxçıvan şəhərinin bir sıra ərazilərində içməli suyun verilişi dayandırılıb

Salyanda yol qəzası olub, piyada ölüb

Dünya çempionatının seçmə mərhələsində Avropa zonası üzrə ilk oyunlar keçirilib

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan Prezidentinin tapşırığına əsasən FHN Qırğızıstana maddi-texniki yardım göndərib VİDEO

Azərbaycan millisi bu gün Haiti ilə yoldaşlıq oyunu keçirəcək

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

DİN kibertalama cinayətləri ilə bağlı növbəti dəfə vətəndaşlara müraciət edib VİDEO

Yağıntılı hava şəraiti davam edir- FAKTİKİ HAVA

Astronomlar ən uzaq qalaktikada oksigen aşkarlayıblar

Dünyanın ən qədim insan üzünün fraqmenti tapılıb

Britaniya hərbi bazasına hücum planlaşdıran şəxs 37 il müddətinə həbs edilib

İsveçdə vətəndaşlığın alınması qaydaları sərtləşdirilir

Böyük Britaniya Ukraynada mümkün sülhməramlı qüvvə planlarını sürətləndirəcək

Astanada genişmiqyaslı Novruz şənlikləri keçirilib

İraqın İstanbuldakı Baş konsulluğuna silahlı hücum olub

Üzeyir Hacıbəylinin 140 illik yubileyi: “Arşın mal alan” operettası Vyanada yenidən səhnəyə qoyulacaq

Qazaxıstanda Xəzər dənizinin dibindən optik lifli rabitə xəttinin inşası müzakirə edilib

Böyük Britaniya günəş panellərinə 260 milyon dollar sərmayə qoyacaq

Türkiyə Müdafiə Nazirliyi: Müttəfiqlər bir-birinə qarşı sanksiya tətbiq etməməlidir

Hitrou hava limanı fəaliyyətini qismən bərpa edib

Səudiyyə Ərəbistanı, BƏƏ, Oman və Küveyt neft hasilatını azaldacaqlar

BMT komissiyasında Azərbaycanın təşəbbüsü ilə qətnamə qəbul edilib

İstanbulun Bahçeşehir Universitetində Novruz bayramı qeyd edilib

Misir ildə 2 milyard kilovatsaat enerji istehsal edəcək Külək Elektrik Stansiyasını işə salır