Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tərtər: aqrar sektor yeni inkişaf mərhələsinə qədəm qoyub

Tərtər, 5 mart, Tahir Ağaməmmədov, AZƏRTAC

Prezident İlham Əliyevin respublikada kənd təsərrüfatının və sahibkarlığın inkişafı, yerli istehsalın artırılması, idxaldan asılılığın azaldılması, əhalinin məşğulluğunun yüksəldilməsi, torpaq sahələrindən səmərəli istifadə olunması barədə tapşırıqları Tərtər rayonunda uğurla yerinə yetirilir. Cəbhə bölgəsində, düşmənlə bir neçə addımlıqda yaşayan tərtərlilər öz təsərrüfatlarını genişləndirir, taxılçılıq, pambıqçılıq, baramaçılıq, bağçılıq, heyvandarlıq və kənd təsərrüfatının digər sahələri ilə məşğul olmaqla həm özlərinin sosial rifahlarını yaxşılaşdırır, həm də ölkəmizdə ərzaq bolluğunun yaradılmasına töhfələrini verirlər.

Tərtər buğdanın məhsuldarlığına görə taxılçılıq rayonları arasında ön sıralardadır

Taxılçılıq Tərtər rayonunda kənd təsərrüfatının aparıcı sahələrindəndir. Son illər rayonda taxılçılığın inkişaf etdirilməsi, məhsul istehsalının artırılması istiqamətində mühüm addımlar atılıb. 2018-ci ildə rayonda əkilmiş 11 min 556,3 hektar taxıl sahəsindən 44 min 175,2 ton məhsul, o cümlədən 30 min 984,4 ton buğda, 13 min 190,8 ton arpa əldə edilib. Hər hektarın məhsuldarlığı orta hesabla buğda sahələrində 41,1 sentner, arpa sahələrində isə 32,9 sentner olub. 2017-ci ilə nisbətən buğdanın məhsuldarlığı 2,8 sentner, arpanın məhsuldarlığı isə 1,5 sentner çoxdur. Son 5 il ərzində buğdanın əkin sahəsi 21,9 faiz, məhsul istehsalı 45,4 faiz, hər hektardan məhsuldarlıq 6,7 sentner və ya 19,5 faiz artıb. Buğdanın hər hektarının məhsuldarlığına görə Tərtər respublikanın taxılçılıq rayonları arasında ön sıralarda durur.

Məhsuldarlığın artırılmasında yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı mühüm rol oynayır

Taxıl istehsalının artırılmasında məhsuldar, yerli iqlim şəraitinə və xəstəliklərə davamlı, yüksək reproduksiyalı taxıl toxumlarının istehsalı və səpin zamanı bu toxumlardan istifadə edilməsi böyük əhəmiyyət kəsb edir. Taxıl istehsalçılarının yüksək reproduksiyalı toxumlarla təmin edilməsində dövlət və özəl toxumçuluq təsərrüfatlarının rolu böyükdür.

Tərtər rayonunda taxılçılıqla məşğul olan sahibkarlar səpin zamanı “Azərtoxum” MMC, “Tərtər” MMC toxumçuluq təsərrüfatı və Elmi-Tədqiqat Əkinçilik İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyasında becərilən yerli şəraitə uyğun yüksək məhsuldar toxumlardan istifadə edirlər. Rayonda yetişdirilən toxumlar tərtərli taxıl istehsalçıları ilə yanaşı, respublikanın bir sıra rayonlarındakı taxılçılıqla məşğul olan fermerlərin də toxuma olan tələbatının ödənilməsində mühüm rol oynayır.

“Tərtər” MMC özəl toxumçuluq təsərrüfatında buğdanın “Azəri”, “Murov-2”, “Qırmızı gül”, “Şəfəq 2” sortları, arpanın “Qarabağ 22”, “Qarabağ 33” sortları becərilir. Tirəli və adi səpin texnologiyaları əsasında becərilən taxıl sahələrindən bol məhsul əldə edilir. İstehsal olunan yüksək reproduksiyalı taxıl təmizlənərək çeşidlənir, laboratoriya müayinəsindən keçirilərək dərmanlanır, kisələrə yığılıb fermerlərə satılır.

Əkinçilik Elmi-Tədqiqat İnstitutunun Tərtər Bölgə Təcrübə Stansiyası əldə etdiyi elmi nəticələrlə taxılçılığın inkişafına öz töhfəsini verir. Stansiyada dənli bitkilərin seleksiyası, toxumçuluq və becərmə texnologiyası istiqamətlərində üç şöbə fəaliyyət göstərir. Stansiyanın fəaliyyətinin məqsədi Qarabağın suvarma zonası üçün yüksək məhsuldar və xəstəliyə davamlı sortların yaradılması, yüksək reproduksiyalı toxum istehsalıdır.

Hər il burada 450-500 ton yüksək reproduksiyalı super elit və elit toxumları istehsal olunur. Toxum istehsalı dövlət standartlarına uyğun həyata keçirilir. Bu toxumlar Kənd Təsərrüfatı Nazirliyinin bölgüsü əsasında respublikada fəaliyyət göstərən dövlət və özəl toxumçuluq təsərrüfatlarına, həmçinin fermerlərə verilir.

Respublikada taxıla olan tələbatı daxili istehsal hesabına tam ödəmək üçün qarşıya qoyulan hədəf məhsuldarlığın yüksəldilməsidir. Odur ki, stansiyada intensiv texnologiyaların (tirəli səpin, sıfır becərmə və minimal becərmə) tətbiqindən geniş istifadə olunur.

Tərtərdə bağçılıq və tingçilik inkişaf etdirilir

Tərtər rayonunda əhalinin əsas məşğuliyyət növlərindən biri bağçılıq və tingçilikdir. Son illərdə kənd təsərrüfatının digər sahələri kimi bu istiqamətdə də inkişafa nail olunub.

Hazırda rayonda 1397,8 hektar meyvə bağları və 11,6 hektar üzümlüklər var. Meyvə bağlarının 1118,8 hektarı barverəndir. 2018-ci ildə 100,9 hektar sahədə yeni meyvə bağları və giləmeyvəliklər, o cümlədən 32,8 hektarda xurma, 24,3 hektarında şaftalı, 9,9 hektarında armud, 8,2 hektarında gilas, 6,9 hektarında alça, 6,4 hektarında alma, 6,2 hektarında badam, 2,4 hektarında gavalı, 2,1 hektarında ərik, 1,5 hektarda fındıq bağları salınıb. 0,2 hektarda çiyələk əkilib, 1 milyon 692 min 685 ədəd meyvə və 224 min ədəd dekorativ bitki tingləri yetişdirilib. Rayon ərazisindəki bağlardan 10 min 363,7 ton meyvə və giləmeyvə, 1045 ton üzüm yığılıb.

Ümumilikdə rayonda son 5 ildə 340,7 hektar yeni meyvə bağları salınıb, meyvə istehsalı 28,4 faiz artıb.

İntensiv meyvə bağlarında istehsal olunan məhsullar xarici bazara çıxarılacaq

Ölkəmizdə qeyri-neft sektorunun inkişafının sürətləndirilməsi, aqrar sahədə intensiv texnologiyaların tətbiqi ilə bağlı görülən tədbirlərə uyğun olaraq, Tərtər rayonunun Xoruzlu kəndində intensiv bağçılıq təsərrüfatı yaradılıb. “Aqropat” MMC tərəfindən intensiv meyvə bağlarının salınmasında məqsəd xarici bazarlara çıxarmaq üçün rəqabətqabiliyyətli məhsul istehsal etməkdir. 140 hektar ərazisi olan təsərrüfatın 80 hektarında İspaniya və Türkiyədən gətirilmiş yüksək məhsuldar alma, armud, alça, badam, ərik, gilas, gavalı, heyva, xurma və şaftalı tingləri müasir texnologiyalar əsasında əkilib. Bu meyvə tingləri əkildikdən 1-2 il sonra bar verməyə başlayır, 4-5 ildən sonra isə ən yüksək məhsuldarlığa çatır. Yaxşı qulluq olunarsa, hər hektardan 10 ton təmizlənmiş badam, 40 ton şaftalı, 50 tona yaxın armud, 45 ton alma, 40 ton xurma, 25 ton ərik götürmək mümkündür. Ötən il əkilməsinə baxmayaraq, artıq meyvə ağacları ilk barını verib.

Bağın suvarma suyu ilə təmin olunması üçün 45 min və 21 min kubmetr tutumu olan iki su anbarı inşa edilib. Tərtərçaydan anbarlara vurulan su motorlar vasitəsilə bağa verilir. Bağda ağacların suvarılması mərkəzləşdirilmiş qaydada elektron sistemlə damlama üsulu ilə həyata keçirilir.

İntensiv bağçılıq təsərrüfatında 30 nəfər daimi, 150 nəfər isə mövsümi işlərə cəlb olunub. Gələcəkdə məhsulun yığılması üçün plastik qablar istehsal edilməsi və soyuducu anbarın inşası nəzərdə tutulur.

İstixana kompleksində ixracyönümlü məhsullar istehsal ediləcək

Tərtər rayonunda xarici bazarlara rəqabətqabiliyyətli məhsul çıxarmaq məqsədilə yaradılan təsərrüfatlardan biri də rayonun Soyulan kəndi ərazisindəki istixana kompleksidir. “Azaqrokənd” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən yaradılan kompleksin tikintisinə ötən ilin aprel ayında başlanılıb. Ümumi ərazisi 5 hektar olan kompleksin 2 hektarında qurulan istixanada hazırda metal konstruksiya işləri görülür. Kompleksdə qazanxana, su anbarı, inzibati bina, anbarlar, işçilər üçün yeməkxana, istirahət otaqları inşa ediləcək, Türkiyə və İtaliya istehsalı olan ən müasir avadanlıqlar, İsrail istehsallı damcı suvarma sistemi quraşdırılacaq. Suvarma, havalandırma sistemləri tam avtomatlaşdırılmış şəkildə idarə olunacaq. Burada istehsal olunacaq pomidor və xiyar ixrac ediləcək. İstixanada 50 nəfər kənd sakini daimi işlə təmin olunacaq.

Ənənəvi təsərrüfat sahəsi olan pambıqçılıq inkişaf etdirilir

Ölkəmizdə pambıqçılığın inkişaf etdirilməsi, pambığın keçmiş şöhrətinin qaytarılması istiqamətində görülən tədbirlər Tərtər rayonunda da öz bəhrəsini verib. 2017-ci ildə 3123 hektar sahədən 8419,9 ton məhsul tədarük edərək, orta məhsuldarlığa görə respublikanın pambıqçılıq rayonları arasında ön sırada dayanan Tərtər pambıqçıları 2018-ci ildə də yüksək nəticəyə nail olublar. 3300 hektar sahədən 8196,5 ton məhsul tədarük edilib. Hər hektar pambıq sahəsində orta məhsuldarlıq 24,8 sentner olub. Tərtər rayonu pambığın məhsuldarlığına görə ötən il də ölkə üzrə birincilər sırasına çıxıb. 2014-2018-ci illərdə Tərtər rayonunda pambığın əkin sahəsi 3,6 dəfə, məhsul istehsalı 4,1 dəfə, hər hektardan məhsuldarlıq 13,2 faiz artıb.

Tərtərdə şəkər çuğunduru istehsalına böyük maraq var

Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda torpaq mülkiyyətçiləri və fermerlərin becərdikləri kənd təsərrüfatı bitkilərindən biri də şəkər çuğundurudur. Vacib texniki bitki hesab edilən şəkər çuğundurundan həm şəkər istehsalı üçün, həm də heyvandarlıqda yem kimi istifadə olunur.

Rayonda şəkər çuğundurunun becərilməsinə 1990-cı illərdə başlanılsa da, 2003-cü ildə İmişli Şəkər Zavodu istifadəyə verildikdən sonra fermerlər bu bitkinin əkinini daha da genişləndiriblər. 2017-ci ildə şəkər çuğunduru bitkisinin hər hektarından əldə olunan məhsuldarlığa görə Tərtər rayonu respublikada birinci yerdə olub. 2018-ci ildə rayonda 859 hektarda şəkər çuğunduru bitkisi becərilib. Sahələrdən 29 min 928 ton çuğundur əldə edilib. Hər hektardan orta məhsuldarlıq 348,4 sentner təşkil edir. 2014-cü illə müqayisədə şəkər çuğundurunun əkin sahəsi 54,8 faiz, məhsul istehsalı 64,4 faiz, hər hektardan məhsuldarlıq 15,3 faiz artıb.

Bu il Tərtərdə 15 tona yaxın barama istehsalı proqnozlaşdırılır

Baramaçılıq 1970-1980-ci illərdə Tərtər rayonunda ən inkişaf etmiş və gəlirli sahələrdən olub. 1990-cı illərin əvvəllərində tənəzzülə uğrayan baramaçılıq 2016-cı ildə yenidən bərpa edilməyə başlanılıb. Həmin il rayon kümçüləri tərəfindən 959 kiloqram, 2017-ci ildə 4601 kiloqram, 2018-ci ildə isə 10 min 228 kiloqram barama istehsal edilib.

Ənənəvi və ixracyönümlü təsərrüfat sahəsi olan baramaçılığın inkişaf etdirilməsi istiqamətində rayonda zəruri tədbirlər görülür. İpəkqurdunun yem bazasının bərpası məqsədilə 2016-2018-ci illərdə rayon ərazisində 223 min 357 ədəd tut tingi əkilib. Bunun da 103 min ədədi Çin Xalq Respublikasından gətirilib. Rayon ərazisindəki mövcud və yeni əkilən tut ağacları, əhalinin baramaçılıq sahəsindəki təcrübəsi, həmçinin bu sahənin gəlirli olması barama istehsalını artırmağa imkan verir. 2019-cu ildə daha çox rayon sakininin bu gəlirli sahə ilə məşğul olacağı nəzərə alınsa, 15 tona yaxın barama istehsalını proqnozlaşdırmaq olar.

Son illərdə Tərtərdə 80 yeni subartezian quyusu qazılıb

Əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması kənd təsərrüfatının inkişafını şərtləndirən amillərdən biridir. Ölkəmizin bütün bölgələrində olduğu kimi, cəbhə bölgəsində yerləşən Tərtər rayonunda da bu istiqamətdə ardıcıl tədbirlər görülür, hər il yeni subartezian quyuları qazılaraq istifadəyə verilir. Son 5 ildə rayon əhalisinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması məqsədilə 80 ədəd yeni subartezian quyusu qazılıb.

Prezident İlham Əliyevin imzaladığı sərəncamlara əsasən, ötən il Tərtər şəhəri, İlxıçılar, Qazyan, Ələsgərli, Yuxarı Sarıcalı, Sarıcalı, Seydimli, Bala Kəngərli, Dəmirçilər, Borsunlu, Bəyimsarov, Kəbirli və Qaraağacı kəndlərində, ümumilikdə, 13 ədəd yeni subartezian quyusu qazılıb. Bu quyuların istifadəyə verilməsi ilə rayonun 450 hektar əkin sahəsi suvarma suyu ilə təmin edilib. Dövlət başçısının 2019-cu il 12 fevral tarixli Sərəncamı ilə bu il rayonun Tərtər şəhəri, Kəngərli, Bala Kəngərli, Kəbirli, Xoruzlu, Borsunlu, Hacıqərvənd, Çaylı, Düyərli, Bayandur, Qaraağacı, Evoğlu kəndlərində daha 13 subartezian quyusu qazılacaq. Yeni subartezian quyuları ilə rayonun 450 hektar əkin sahəsi suvarılacaq.

Cins maldarlıq inkişaf etdirilir, heyvandarlıq məhsulları istehsalı artır

Tərtər rayonunda heyvandarlığın inkişafı, mal-qaranın cins tərkibinin yaxşılaşdırılması istiqamətində də tədbirlər uğurla davam etdirilir. Son illərdə rayonda müasir heyvandarlıq kompleksinin yaradılması, sahibkarlara lizinq yolu ilə güzəştli şərtlərlə yüksək məhsuldar damazlıq heyvanların satılması və heyvanlar arasında aparılan süni mayalama tədbirləri genişləndirilib. Süni mayalanmadan əldə edilən yüksək nəticələr, həmçinin bu yolla alınan hər buzova görə fermerlərə 100 manat yardım müəyyənləşdirilməsi süni mayalama tədbirlərinə marağı artırıb. Ötən il rayonda fəaliyyət göstərən süni mayalanma texnikləri tərəfindən 1840 baş inək və düyə süni yolla mayalandırılıb, 815 baş cins tərkibi yaxşılaşdırılmış buzov alınıb. Fermer və sahibkarlar tərəfindən son illərdə lizinq yolu ilə 391 baş cins heyvan alınaraq rayona gətirilib.

Rayonda mal-qaranın baş sayının artırılması və cins tərkibinin yaxşılaşdırılması heyvandarlıq məhsulları istehsalının artmasına səbəb olub. Belə ki, 2018-ci ildə təsərrüfatlarda 3 min 71,2 ton ət, 22 min 127 ton süd, 14 milyon 740 min ədəd yumurta, 110,8 ton yun istehsal olunub. Əvvəlki illə müqayisədə ət istehsalı 7 faiz, süd istehsalı 2,3 faiz, yumurta istehsalı 85,4 faiz artıb. Son 5 ildə isə ət istehsalı 97,9 faiz, süd istehsalı 51,6 faiz, yumurta istehsalı 90,6 faiz çoxalıb.

İstehsal edilən bir sıra kənd təsərrüfatı məhsulları nəinki rayonun, eləcə də ölkə əhalisinin tələbatının ödənilməsində, respublikada ərzaq təhlükəsizliyinin təmin edilməsində mühüm rol oynayır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Mbappe Fransa millisinin tarixində ən çox qol vuran futbolçu olub

Ordubadda 538 abonentin təbii qaz təchizatı dayandırılıb

Vens: ABŞ-İran razılaşması İsrail, Livan və Körfəz ölkələrini də əhatə edəcək

Fransa dünya çempionatında Seneqalı məğlub edib

Mbappe dünya çempionatlarında vurduğu qolların sayına görə Peleni geridə qoyub

Pekin Böyük Britaniyadan Çin şirkətlərinə qarşı sanksiyaların ləğvini tələb edib

CNN: ABŞ Hörmüz boğazı üzərində nəzarəti faktiki olaraq İrana verib

İran İsraili Livanda atəşkəsi pozmağı dayandırmayacağı təqdirdə, sərt cavab verəcəyi ilə hədələyib

Almaniya dronlardan müdafiəyə 16 milyard avro sərmayə yatıracaq

FTB Ağ Ev yaxınlığında planlaşdırılan terror hücumlarının qarşısını alıb

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq –  EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Kənd təsərrüfatında 2030-cu ilə qədər yeni inkişaf mərhələsi formalaşacaq – EKSKLÜZİV MÜSAHİBƏ VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı kənd təsərrüfatında ekstensiv modeldən intensiv modelə keçidi ehtiva edir VİDEO

NATO hava hücumundan müdafiə sistemini İtaliyadan Türkiyəyə köçürəcək

Putin Kazanda Türkiyənin xarici işlər naziri ilə görüşəcək

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Nazir: Aqrar sahəyə yatırılacaq investisiyanın 3,7 milyard manatı özəl sektorun, 2,2 milyard manatı isə dövlətin payına düşür VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Məcnun Məmmədov: Azərbaycan sabitliyi, coğrafi mövqeyi və təşviq mexanizmləri ilə xarici investorlar üçün münbit şərait yaradıb VİDEO

Bakıda 8-ci Dayanıqlı İnkişaf Məqsədləri Dialoqu təşkil olunub

Parisdə Azərbaycan-UNESCO tərəfdaşlığının prioritetləri müəyyənləşdirilib

Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik

Yapon xoreoqrafı: Buto qaranlıq rəqsidir

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: İşğaldan azad olunmuş ərazilərdə minimal əkin sahəsi hədəfi 5 hektardır VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur -  EKSKLÜZİV VİDEO

Məcnun Məmmədov: Yeni Dövlət Proqramı çərçivəsində subsidiyaların daha çox məhsuldarlığa yönəldilməsi nəzərdə tutulur - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Kənd təsərrüfatı naziri: Aqrar sahədə yeni subsidiya alətləri, süni intellekt və rəqəmsallaşma tətbiq ediləcək - EKSKLÜZİV VİDEO

Azərbaycan və Əlcəzair iqtisadi əməkdaşlığın genişləndirilməsi imkanlarını dəyərləndirib

Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub

“Qarabağ” növbəti transferini gerçəkləşdirib

Bu saata olan əsas xəbərlər

Azərbaycanda ilk dəfə olaraq istixana üzrə ixtisaslaşmış aqroparkın yaradılması nəzərdə tutulur

Azərbaycanda ilk dəfə heyvandarlıqda məhsul subsidiyası tətbiq ediləcək

Tovuzda 22 yaşlı oğlan çayda batıb

Sahib Paşazadə Özbəkistan Dövlət Konservatoriyasında Dövlət İmtahan Komissiyasına sədrlik edib

İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantıları çərçivəsində HELF Forum və AZHAB Forum keçirilib

Ekspertiza İssık-Kul gölündə Formula 1 yarışlarının keçirilməsinin təhlükəsiz olduğunu təsdiqləyib

“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Atlar xəstə insanların sağalmasına necə kömək edir? – Azərbaycanda ippoterapiyaya maraq və nəticə VİDEO

Dövlət Baxçalı: Zəngəzur dəhlizi Türk dünyasının Qərbi ilə Şərqini birləşdirən strateji həlqədir

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

IDEA-nın eksperti: Xəzər dənizinin səviyyəsinin enməsi problemini dünya ictimaiyyətinə çatdırmaq lazımdır VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Qubada sürüşmə baş verən ərazidən REPORTAJ VİDEO

Azərbaycan hərbçiləri “Qafqaz Qartalı - 2026” təlimində iştirak edirlər

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Yalçın Rəfiyev: Bonnda Xəzərin səviyyəsinin enməsinə həsr olunmuş tədbirin keçirilməsi çox əhəmiyyətlidir VİDEO

Böyük Britaniya ilə Aİ arasında ikinci sammitin keçiriləcəyi tarix məlum olub

Bölgələrdə 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir

Baş icraçı direktor: Qlobal halal şəbəkəsinin yaradılması çox vacibdir

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

BMT rəsmisi: Azərbaycanın Xəzərin ekoloji dayanıqlılığının təmin olunması istiqamətində fəaliyyətini yüksək qiymətləndiririk VİDEO

Füzulidə özünüməşğulluq proqramı üzrə qurulmuş təsərrüfatlara infotur təşkil edilib

Nazir: Nigeriya halal iqtisadiyyatı çərçivəsində dayanıqlı inkişaf məqsədlərinə töhfə vermək niyyətindədir

Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq verilib

Energetik içkilər adi sərinləşdirici içkilər deyil: İstehlakçılar nələrə diqqət etməlidirlər?

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Seymur Səfərli: Yeni Dövlət Proqramında ilk dəfə olaraq sertifikatlaşma subsidiyası tətbiq ediləcək VİDEO

Şahzadə Corc illik təhsil haqqı 63 min funt sterlinq olan Eton Kollecində oxuyacaq

Milli Süni İntellekt Mərkəzi ölkə gənclərinin süni intellekt savadlılığının artırılmasını dəstəkləyir

Akademik: Milli Kibertəhlükəsizlik Agentliyi ölkədə kibertəhlükəsizlik sistemini gücləndirəcək

Sərginin kuratoru: Ortaq sənət növlərimiz Azərbaycan-Türkiyə qardaşlığının mühüm təzahürüdür

İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq

Baş prokuror Naxçıvan Muxtar Respublikasında vətəndaşları qəbul edib

Vens: Körfəz ərəb ölkələri İranla sülh planına Yaxın Şərqdə yeni dövrün başlanğıcı kimi baxır

ABŞ Rusiya neftinin tədarükü ilə bağlı sanksiyaları bərpa etməyi planlaşdırır

Ermənistan vətəndaşlarının şikayətləri üzrə apellyasiya məhkəməsi davam etdirilib

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Zeynal Nağdəliyev: Yeni Dövlət Proqramı aqrar sahədəki böyük islahatların keyfiyyətcə yeni mərhələsidir VİDEO

Həm sakinlər güvəndə, həm heyvanlar - Oğuzun “Yuva” sığınacağından reportaj

“Masdar”: Azərbaycan xarici investisiyalar üçün ən cəlbedici ölkələrdən birinə çevrilib

Daşkənddə Azərbaycan və Özbəkistanın Baş nazirlərinin iştirakı ilə ikitərəfli sənədlər imzalanıb

Azərbaycan QHT-ləri ABŞ Nümayəndələr Palatasına məktub ünvanlayıb

İşğal dövründə Azərbaycanın mədəni və dini irsi sistemli vandalizmə məruz qalıb

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Qarabağ Universitetinin kafedra müdiri: Dövlət səviyyəli tədbirlərdə tələbələrimizlə eyni səhnəni bölüşmək qürurvericidir VİDEO

Məhkəmə Ekspertizası Mərkəzi ilə Azərbaycan Texniki Universiteti arasında əməkdaşlıq memorandumu imzalanıb

Xırdalanda yeni kanalizasiya kollektoru inşa edilir

Milli Məclisin komissiyası: Fransanın Azərbaycana qarşı özündə hibrid təhdidləri ehtiva edən fəaliyyətləri davam edir

Zaur Əliyev: 10 ildə aqrar sektorda 37,8 faiz artım olub

Orxan Məmmədov: Bakıda forumda qurulan əlaqələr gələcəkdə qlobal halal ekosisteminin inkişafına töhfə verəcək

Təbiət ərazilərində epizootoloji monitorinqlər keçiriləcək

Baş icraçı direktor: Yaxın illərdə qlobal halal istehlak bazarının 6 trilyon dollara çatacağı proqnozlaşdırılır

Birol Akgün: Türkiyə ilə Azərbaycan mədəni və mənəvi dəyərlər baxımından bir-birinə çox yaxındır

MODON: Səudiyyə Ərəbistanının müəssisələr üçün dəstək mexanizmləri investisiyaların cəlb olunmasına xidmət edir

“Dar Al Halal Group”: İslam maliyyəsinin əsas xüsusiyyətlərindən biri onun faizsiz maliyyələşdirmə prinsiplərinə əsaslanmasıdır

İsveç dövləti Kosta işi ilə bağlı həkimlərə təzminat ödəyəcək

Xarici dövlətlərdə ali təhsil almış şəxslər peşə tanınması üzrə imtahan veriblər

Oksford Universitetində keçirilən beynəlxalq liderlik təlimində ADPU təmsil olunub

Milli Məclisin növbəti iclasının vaxtı və gündəliyi açıqlanıb

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Nazir müavini: Müasir suvarma sistemlərinin tətbiqi məhsuldarlığın artırılmasında mühüm rol oynayır VİDEO

Xalid Xələfulla: İİB halal iqtisadiyyatı dayanıqlı inkişaf məqsədlərinə nail olmaq üçün mühüm platforma hesab edir

Gökhan Seyhan: Təsviri sənət və miniatür hər iki ölkənin zəngin mədəni irsini əks etdirir

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

Göyçayda leysan və güclü küləyin vurduğu fəsadlar aradan qaldırılır VİDEO

“Masdar”: Azərbaycanın yaşıl enerji sahəsində uğurunun əsasında dövlətin qətiyyətli mövqeyi dayanır

SOCAR-ın vitse-prezidenti: Regional enerji bazarlarının inteqrasiyası vacibdir

Erməni dərsliklərində nifrət dilinin təbliği ciddi narahatlıq doğurur RƏY

Mosaedah Al-Drees: Halal iqtisadiyyatın inkişafı yeni istehsal sahələrinin yaradılmasına şərait yaradır

Bakıda “Keçmişdən gələcəyə – ənənəvi izlər” adlı sərgi açılıb

“Ümumi təhsil haqqında” Qanuna təklif edilən dəyişikliklər Milli Məclisin iclasına tövsiyə olunub

CECECO: Azərbaycan regional enerji əməkdaşlığının gücləndirilməsində aparıcı rol oynayır

“Mediada Azərbaycan dili” proqramının yekun mərhələsi təşkil olunub

BMU-dan abituriyentlər üçün yeni fürsət: prioritet sahələr üzrə 3 ikili diplom proqramı

Çexiya iş axtarmaq üçün ölkəyə gələn Aİ vətəndaşlarına nəzarəti sərtləşdirir

“ACWA Power”: Enerji sektorunda ölkələr üçün vahid model yoxdur

Tramp İsraili “Hizbullah”a qarşı müharibəsinə görə tənqid edib

Azərbaycan Turizm Bürosu “WiT Phocuswright Middle East” tədbirində iştirak edib

Azərbaycan yığmasının futbolçusu: Milli komandada inkişaf hiss olunur

Beş ayda 144 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

Daha üç qanun layihəsi parlamentin plenar iclasına tövsiyə edilib