TƏRTƏR RAYONUNDA HEYVANDARLIĞIN İNKİŞAFI DİQQƏT MƏRKƏZİNDƏDİR
Tərtər, 29 oktyabr (AZƏRTAC). Tərtər rayonunda heyvandarlığın inkişafı diqqət mərkəzindədir.
Rayon icra hakimiyyətindən bildirmişlər ki, 2009-cu ilin doqquz ayında zoobaytar xidmətinin səviyyəsinin yüksəldilməsi sahəsində işlər davam etdirilmiş, rayon baytarlıq idarəsi və Cəmilli kəndində sahə baytarlıq məntəqəsi üçün binalar tikilmiş, kəndlərdə süni mayalanma məntəqələri yaradılmış və lazımi avadanlıqla, nəqliyyat vasitəsilə təmin edilmişdir.
Heyvanların cins tərkibinin yaxşılaşdırılması məqsədi ilə 2009-cu ildə rayonda fəaliyyət göstərən 8 süni mayalanma texniki tərəfindən 364 baş inək süni mayalandırılmış, onlardan 109 baş cins bala alınmışdır. Bundan başqa lizinq yolu ilə rayona 13 baş yüksək məhsuldar inək gətirilmişdir.
Hazırda rayonun təsərrüfatlarında 23 min 557 baş iribuynuzlu mal-qara, o cümlədən 10 min 902 baş damazlıq inək və camış, 65 min 471 baş qoyun vardır. Keçən ilin müvafiq dövrünə nisbətən mal-qaranın sayı 643 baş, qoyun və keçilərin sayı 793 baş artmışdır. Doqquz ayda diri çəkidə 1.262 ton ət, 8 min 976 ton süd, 2 milyon 730 min ədəd yumurta və 106 ton yun istehsal olunmuşdur. Keçən ilin müvafiq dövrünə nisbətən rayonda ət istehsalı 17 ton, süd istehsalı 233 ton, yumurta istehsalı 320 min ədəd, yun istehsalı 1,6 ton artmışdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]