Tərtərdə 2086,5 hektar sahədə yazlıq səpin aparılıb
Tərtər, 7 aprel, AZƏRTAC
Cəbhə bölgəsində yerləşən Tərtər rayonunda yaz-tarla işləri geniş vüsət alıb. Fermer və torpaq mülkiyyətçiləri əkin-səpin aparır, torpağa və bitkilərə lazımi aqrotexniki qulluq edirlər.
Rayon Statistika İdarəsinin rəisi Ədalət Məmmədov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, bu günədək 2086,5 hektar sahədə yazlıq səpin aparılıb. Əkinlərin 137,5 hektarı şəkər çuğunduru, 281 hektarı dən üçün günəbaxan, 283 hektarı kartof, 213,5 hektarı müxtəlif növ tərəvəz bitkiləri, 1158,5 hektarı təzə yonca, 11 hektarı vələmir, 2 hektarı yem üçün sorqo bitkisidir.
Hazırda sahələrdə yaz-tarla əkinləri davam edir. 2020-ci ilin məhsulu üçün ötən ilin payızında səpilmiş 10 min 755,8 hektar taxıl əkinlərinin becərilməsi də müvəffəqiyyətlə həyata keçirilir. Eyni zamanda, pambıq səpini üçün hazırlıq işləri aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]