TƏRTƏRDƏ MƏCBURİ KÖÇKÜNLƏRİN QAYĞILARINA DİQQƏTLƏ YANAŞILIR
Belə ki, rayonda məskunlaşmış 2730 qaçqın və 15499 məcburi köçkünün həyat şəraitini yaxşılaşdırmaq məqsədi ilə 161 ailəyə rəsmi sənədlə torpaq, 670 ailəyə isə bələdiyyə fondunun torpağından icarəyə verilmişdir.
Bundan əlavə, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi tərəfindən cari ilin birinci yarısında onlara 492,8 milyon manatlıq sənaye malları verilmişdir.