Tərtərdə oğurluq edən şəxslər saxlanılıb
Tərtər, 1 aprel, AZƏRTAC
Tərtər rayon sakini mart ayının 25-də Köçərli kəndində yerləşən ona məxsus obyektdən oğurluq edilməsi barədə rayon polis şöbəsinə ərizə ilə müraciət edib.
Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, müraciətlə əlaqədar rayon polis şöbəsinin əməkdaşları tərəfindən müvafiq tədbirlər yerinə yetirilib. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluq əməlini törətməkdə şübhəli bilinən Tərtər rayon sakinləri Məhərrəm Qarayev, Xanoğlan Bayramov, Qüdrət Həsənov və qardaşı Nüsrət Həsənov saxlanılıblar. Araşdırmalarla onların 6 ədəd su nasosu, 2 ədəd su motoru, qızdırıcı, televizor, stullar və digər inşaat malları oğurlamaqla zərərçəkmişə 10 min manat civarında ziyan vurduqları müəyyən edilib.
Faktla bağlı araşdırma aparılır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 08.10.2026 [12:09]
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət ediblər
- 08.10.2026 [12:05]
Bu dəfə yol Lerik dağlarındakı Tokiəxıl şəlaləsinə aparır VİDEO
- 08.10.2026 [11:45]
Nəzər Əliyev: “Lahıc” qoruğunu son 9 ayda 120 mindən çox turist ziyarət edib
- 08.10.2026 [11:39]
Sürücünün ötmə qaydasını pozması azyaşlı bacısının həyatına son qoyub VİDEO
- 08.10.2026 [10:25]
Dünya səyyahlarının Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb
- 08.10.2026 [10:00]
Bəzi rayonlarda elektrik enerjisinin verilişində fasilələr olacaq
- 08.10.2026 [09:34]