Tərtərin Səhləbad kəndində yeni su xətti istismara verilib
Tərtər, 7 noyabr, AZƏRTAC
8 Noyabr - Zəfər Günü münasibətilə Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə Tərtər rayonunun Səhləbad kəndində 500-dən artıq sakin üçün texniki su xətti çəkilib.
AZƏRTAC xəbər verir ki, açılış mərasimində çıxış edənlər bu layihənin Zəfərin beşinci ildönümü kimi əlamətdar bir tarixə təsadüf etməsindən böyük qürur duyduqlarını bildiriblər. Qeyd edilib ki, son illər respublikanın iri şəhər və rayon mərkəzləri ilə yanaşı, kənd və qəsəbələrin də su təchizatının yaxşılaşdırılması istiqamətində təxirəsalınmaz tədbirlər həyata keçirilir. Bu gün Səhləbad kəndində istismara verilən yeni su xətti sakinlərin təmiz və fasiləsiz su təminatı ilə bağlı problemini həll edəcək.
Kənd sakinləri onların sosial problemlərinin həllinə göstərdiyi diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını bildiriblər.