Tərtərlilər Xocalı faciəsi qurbanlarının xatirəsini ehtiramla yad etmişlər
Tərtər, 26 fevral (AZƏRTAC). XX əsrin ən dəhşətli faciələrindən olan Xocalı faciəsi qurbanlarının xatirəsi respublikamızın hər yerində olduğu kimi, Tərtər rayonunda da dərin hüznlə anılmışdır.
AZƏRTAC xəbər verir ki, rayon rəhbərliyi, ağsaqqallar, gənclər, ziyalılar, müharibə veteranları, əmək kollektivlərinin nümayəndələri və Xocalıdan olan məcburi köçkünlər “Şəhidlər” abidəsi önünə gül dəstələri düzərək faciə qurbanlarının xatirəsini ehtiramla yad etmiş, şəhidlərin ruhuna dualar oxunmuşdur.
Heydər Əliyev mərkəzində davam edən tədbirdə çıxış edənlər erməni millətçilərinin keçmiş SSRİ-nin 366-cı motoatıcı alayının köməyi ilə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində törətdikləri qırğının acı nəticələrindən, dinc əhaliyə amansız divan tutulmasından danışmış, Xocalı soyqırımını XX əsrin ən böyük faciəsi adlandırmışlar.
Tədbirdə çıxış edən Xocalıdan olan məcburi köçkünlər soyqırımı zamanı yaşananları bir daha xatırlayaraq, erməni daşnaklarının insanlığa sığmayan, qocaya, uşağa, qadına məhəl qoymadan törətdikləri vəhşiliklərdən danışmışlar. Xocalı sakinləri ötən müddətdə hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarını vurğulayaraq, bu diqqətə görə dövlətimizin başçısına minnətdarlıqlarını ifadə etmişlər.
Rayon icra hakimiyyəti tərəfindən Xocalıdan olan ailələrə maddi yardım edilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.02.2026 [11:54]
Ankarada Xocalı soyqırımı mövzusunda panel müzakirələri aparılıb
- 28.02.2026 [10:08]
Varşavada “Nabat” filmi nümayiş olunub
- 27.02.2026 [14:30]
Gürcü portalı Xocalı soyqırımından yazıb
- 27.02.2026 [14:19]
Eskişehirdə “Şeir və ağılarda Xocalı” mövzusunda anım proqramı
- 27.02.2026 [13:20]
Lüksemburqda Xocalı həftəsi
- 27.02.2026 [13:10]
Estoniyada Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [12:28]
Ukraynanın Krivoy Roq şəhərində Xocalı soyqırımı qurbanları anılıb
- 27.02.2026 [11:07]
Moskvada Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb VİDEO
- 27.02.2026 [10:59]