TEYMUR RƏCƏBOV FİDE-NİN QRAN-PRİ TURNİRİNİN QALİBLƏRİNDƏN BİRİDİR
AZƏRTAC xəbər verir ki, Azərbaycan şahmatçısı, beynəlxalq qrossmeyster Teymur Rəcəbov Rusiyanın Elista şəhərində başa çatmış FİDE-nin Qran-Pri turnirinin qaliblərindən biri olmuşdur.
Sonuncu turda Azərbaycan şahmatçıları görüşlərini heç-heçə başa vurmuşlar. Teymur Rəcəbov turnirin liderlərindən olan rusiyalı Aleksandr Qrişukla, Vüqar Həşimov özbəkistanlı, keçmiş dünya çempionu Rüstəm Kasımcanovla, Şəhriyar Məmmədyarov isə ermənistanlı Vladimir Akoyanla xalı yarı bölmüşlər.
Digər görüşlərdə aşağıdakı nəticələr qeydə alınmışdır: Y.Alekseyev - D.Yakovenko 0,5:0,5, P.Elyanov - E.İnarkiyev 1:0, Van Yu - P.Leko 0,5:0,5, İ.Çeparinov - E.Bakro 0,5:0,5.
Beləliklə, A.Qrişuk, T.Rəcəbov, D.Yakovenko 8 xal, V.Həşimov 7,5 xal, E.Bakro, Van-Yu, P.Leko, Ş.Məmmədyarov, R.Kasımcanov 6,5xal, İ.Çeparinov 6 xal, Y.Alekseyev, P.Elyanov 5,5 xal, E.İnarkiyev və V.Akopyan 5xal toplamışlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 13.10.2026 [13:41]
Formula 1 yarışları yenidən Afrika qitəsinə qayıdır
- 13.10.2026 [13:27]
UEFA-dan Əliyar Ağayeva növbəti təyinat
- 13.10.2026 [13:23]
Azərbaycan Avropa Stolüstü Tennis Birliyinin konqresində təmsil olunur
- 13.10.2026 [13:11]