CƏMİYYƏT
Tibb Universitetində Həmkarlar İttifaqı Komitəsinin genişləndirilmiş iclası keçirilib
Bakı, 2 mart, AZƏRTAC
Azərbaycan Tibb Universitetinin (ATU) Həmkarlar İttifaqı Komitəsinin (HİK) genişləndirilmiş iclası keçirilib.
ATU-nun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda universitetin idarə edilməsi, fəaliyyətinə dair bəzi məsələlər müzakirə olunub. O cümlədən, universitet əməkdaşlarının məvaciblərinin artırılması məsələsinə də toxunulub və müsbət qarşılanıb.
ATU-nun HİK-in sədri Cahangir Qasımov, baş mühasib İlqar Mehrabov və təsərrüfat və təchizat şöbəsinin müdiri Elçin Əlizadənin rəhbərliyi ilə keçirilən iclasda iştirakçıları maraqlandıran suallar cavablandırılıb. Sonda yaxın aylarda ATU-da həyata keçiriləcək layihələr, tədbirlər haqqında müzakirələr aparılıb, bəzi qərarlar verilib.