TİBETDƏ DÜNYADA ƏN YÜKSƏK DAĞ DƏMİR YOLUNUN ÇƏKİLİŞİ BAŞA ÇATMIŞDIR
4,7 milyard dollar dəyərində misilsiz layihə 4 il ərzində ağır iqlim şəraitində həyata keçirilmişdir. Polad magistralın bəzi sahələri dəniz səviyyəsindən 5072 metr hündürlükdə, çətin keçilən mürəkkəb relyefli yerlərdə, əbədi donuşluq zonasında yerləşir. Uzunluğu 1142 kilometr olan dəmir yol magistralının 960 kilometri 4 min metrdən çox hündürlükdən keçir.
Yeni dəmir yol xətti Tibetin inzibati mərkəzi Lxasunu qonşu Sinxay əyaləti, oradan isə Çinin qalan ərazisi ilə birləşdirəcəkdir. Bu xətt uzun illər qapalı və geridə qalmış region sayılan Tibetin inkişagfına güclü təkan verəcəkdir. Lakin qatarların bu marşrutla hərəkətə başlamasından əvvəl müxtəlif sınaqlar keçiriləcəkdir.
Xatırladaq ki, indiyədək dünyada ən yüksək dağ dəmir yolunun sahibi Peru sayılırdı. Bu yolun And dağlarında maksimum hündürlüyü dəniz səviyyəsindən 4817 metrə çatır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 06.10.2026 [12:55]
Səudiyyə Ərəbistanının iki hava limanına hücumlar zamanı üç nəfər yaralanıb
- 06.10.2026 [12:46]
Almaniyada kəşfiyyat xidmətinin sabiq rəhbəri saxlanılıb
- 06.10.2026 [12:23]
Romada yaşayış binasının həyətində partlayış baş verib
- 06.10.2026 [12:18]
“Qızıl adam” və türk irsi: Qazaxıstan Milli Muzeyindən REPORTAJ
- 06.10.2026 [11:44]
ABŞ qüvvələri İranla əlaqəli 130 ticarət gəmisinin marşrutunu dəyişdirib
- 06.10.2026 [11:41]