TOKİODA KARATE (VKF) ÜZRƏ DÜNYA ÇEMPİONATI DAVAM EDİR
AZƏRTAC xəbər verir ki, noyabrın 13-də Tokioda karate (VKF) üzrə XIX dünya çempionatı başlanmışdır. Ayın 17-dək davam edəcək çempionatda 99 ölkənin 600-dən çox idmançısı mübarizə aparır. Çempionatda Azərbaycanı Milli Karate Federasiyasının prezidenti Yaşar Bəşirovun rəhbərliyi altında idmançılar təmsil edirlər.
Yarışlardan bir gün əvvəl Tokioda Dünya Karate Federasiyasının növbəti konqresi keçirilmişdir. Tədbirin müzakirə edilən əsas mövzularından biri karatenin (VKF) Olimpiya oyunlarına daxil edilməsi haqqında məsələsi olmuşdur. Konqresdə, həmçinin bu idman növündə yeni qaydaların tətbiqi, bəzi dəyişikliklərin edilməsi ilə bağlı fikir mübadiləsi aparılmışdır.
Dünya çempionatın birinci günü kumite üzrə komanda yarışlarında Azərbaycan yığması ardıcıl iki qələbə qazanmış və yarımfinala çıxmaq uğrunda Yunanıstan komandası ilə qarşılaşmışdır. Lakin bu görüşdə hakimlərin açıq-aşkar ədalətsizliyi üzündən yığmamız məğlub olmuşdur. Nəticədə komanda yarışlarında qardaş Türkiyə yığması birinci, Serbiya və Misir isə müvafiq olaraq sonrakı yerləri tutmuşlar.
Növbəti günlərdə keçiriləcək kumite üzrə şəxsi döyüşlərdə ölkəmizin şərəfini Yusif Cəfərov (60 kq), Rəşad Hüseynov (65 kq) və ağır çəki dərəcəsində dünya çempionu Rafael Hüseynov qoruyacaqlar.
######
![]() |
![]() |
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:21]
“Sabah”ın futbolçusu: Tarixi oyunda qələbə qazanmaq istəyirik
- 12.10.2026 [17:12]
“Qarabağ” klubunun mətbuat katibi vəzifəsindən ayrılıb
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]

