Azərbaycan Dövlət İnformasiya Agentliyi

Tomas Hoçstetler: Azərbaycan mədəniyyətlərin qovuşduğu cazibədar məkandır

Tomas Hoçstetler: Azərbaycan mədəniyyətlərin qovuşduğu cazibədar məkandır

Bakı, 16 may, AZƏRTAC

Bakı Ali Neft Məktəbinin (BANM) dəvəti ilə Bakıda səfərdə olmuş, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Abu Dabi Neft İnstitutunun prezidenti Tomas Hoçstetler ölkəmiz haqqında təəssüratları, Azərbaycan-BƏƏ təhsil əlaqələri, BANM ilə əməkdaşlıq barədə müsahibə verib.

AZƏRTAC həmin müsahibəni təqdim edir.

- Azərbaycan ilə Birləşmiş Ərəb Əmirlikləri arasında təhsil sahəsində münasibətlər barədə fikirlərinizi bilmək istərdik.

- İki ölkənin təhsil sahəsindəki münasibətlərinin inkişaf etdirilməsi, zənnimcə, ən vacib məsələlərdəndir. Biz bu sahədə potensial əlaqələrin yaradılması ilə bağlı Azərbaycanda səmərəli danışıqlar apardıq və düşünürəm ki, gələcəkdə əməkdaşlıq edəcəyimiz sahədə, həmçinin bir-birimizə faydalı ola biləcək ödənişsiz proqramlar üzrə əməkdaşlığı əhatə edən sahələrdə də çoxlu təfsilatlar aşkara çıxardıq. Abu Dabi Neft İnstitutu artıq 15 ildir ki, fəaliyyət göstərir və təbii ki bizim bakalavriatdan sonrakı təhsil, magistratura və doktorantura programları üzrə daha çox təcrübəmiz var. Fikrimcə, əməkdaşlığımız üçün bu çox əhəmiyyətli və zəngin sahədir.

- Bakı Ali Neft Məktəbi ilə imzaladığınız anlaşma memorandumu hansı perspektivləri vəd edir?

-Anlaşma memorandumu, demək olar ki, anlaşmanı əldə etmək üçündür. O fakültələr və inzibati heyət arasında əməkdaşlıqla əlaqədar danışıqların aparılması üçün davamlı əsasdır. Abu Dabi Neft İnstitutunun tələbələrinin BANM-ə və bu ali məktəbinin tələbələrini Abu Dabi Neft İnstitutuna təhsil və təlim məqsədilə gətirəcək proqramlar hazırlanacaq. Tələbələrlə səmərəli söhbət apardıq və məlum oldu ki, onlar yay məktəbi çərçivəsində Abu Dabi Neft İnstitutuna gəlməyə hazırdırlar. Bu, anlaşma memorandumunun üstünlüklərdəndir, çünki bizə əməkdaşlıq sahələrini aşkarlamaq imkanı verir.

-Tələbələrimizlə bağlı təəssüratlarınızı bilmək maraqlı olardı.

- Tələbələr hər bir müəllimin həyatının ayrılmaz və önəmli hissəsini təşkil edir. Doğrusu, düşünmürdüm ki, burada belə böyük tələbə auditoriyası ilə qarşılaşacam. Fikrimcə, BANM-in tələbələri çox perspektivlidirlər və özlərini gözəl ifadə edirlər. Onların ingilis dilində danışıq qabiliyyətinin yüksək səviyyədə olması mənim nəzərimdən qaçmadı. Bu ali məktəbin tələbələrinin çox savadlı olduqlarından xəbərim var idi və bu, onların simalarında oxunurdu. Onlar məqsədyönlü və düzgün suallar verirdilər. Şadam ki, bu gənclərlə görüşə bildim. İnanıram ki, onlar təhsildə daha böyük uğur qazanacaqlar və bəziləri Abu Dabi Neft İnstitutuna səfər edə biləcək.

-Bakı Ali Neft Məktəbi və Abu Dabi Neft İnstitutu arasında nə kimi oxşarlıqlar gördünüz?

-Oxşarlıqlar var. Məsələn, hər iki ali təhsil müəssisəsi ölkənin dövlət neft şirkəti tərəfindən yaradılıb. Tələbələrin müəyyən biliklərlə təmin edilməsində, həmçinin, Abu Dabi Neft İnstitutu və Bakı Ali Neft Məktəbinin fakültələri tərəfindən təqdim olunan tədqiqatlarda da ciddi fərq yoxdur.

-Siz qərb mədəniyyətini təmsil edirsiniz. Şərq ölkəsində ali təhsil müəssisəsinə rəhbərlik etmək çətin deyil ki?

-Mən yeddi müxtəlif ölkədə işləmişəm. Üç qitədə, Avropada, Asyada və ABŞ-da inzibatı fəaliyyət göstərmişəm və təcrübəm mənə bir şeyi öyrədib: eyni yanaşmanı hər sahədə, hər istiqamətdə tətbiq etmək düzgün deyil. Misal üçün, mən özünəməxsus ənənəvi sistemin bir nümayəndəsiyəm. Demək olmaz ki, o ən mükəmməl sistemdir, lakin ümumiyyətlə, yaxşı sistemdir. Vurğuladığım kimi, bizim xüsusi özünəməxsusluğumuz var. Məsələn, biz uşaqları kiçik yaşlarından hazırlıq məktəbinə göndəririk. 12 yaşa çatanda artıq onları orta məktəblərdə oxutdururuq və bunlar ümumi məktəblərdir, çünki xüsusi incəsənət, elm və texnologiya yönümlü məktəblərin sayı bizdə azdır. ABŞ-ın ümumi məktəblərinin çoxu eynidir. Sonra ABŞ gəncləri bakalavriat səviyyəsində təhsil alır və qeyd etmək lazımdır ki, bu istiqamətdə də təhsilin iki və ya üç ili ümumi xarakter daşıyır. Yalnız dördüncü ildən təhsil xüsusi istiqamətdə davam edir. Bu cür təhsil sistemı Abu Dabi Neft İnstitutunda da tətbiq olunur. Təhsilin ilk iki ilində tələbələr humanitar, sosioloji və fiziki elmlərlə tanış olurlar. Burada İslam dini fənni də tədris olunur. Bu fənləri bütün tələbələr keçməlidirlər. Xüsusi istiqamətdə təhsilə başlamazdan öncə, biz çalışırıq ki, tələbələri müxtəlif biliklərlə təmin edək. Düşünürəm ki, bu sistem Rusiyada və hətta Avropada olan sistemdən fərqlidir, çünki orda tələbələrin orta məktəbi bitirən kimi dərhal ixtisaslaşmaları nəzərdə tutulur. Lakin mənim fikrimcə, biz tələbələrə yeni bilik istiqamətlərinin öyrənilməsində imkan yaratmalıyıq və bu, Amerika sistemının xüsusiyyəti və üstünlüyüdür. Belə bir sistem tələbələrin ümumi bilik sahələrini araşdırmalarına imkan yaradır. Eyni zamanda, biz gənclərə hərtərəfli biliyə yiyələnməyi, analitik və yaradıcı düşüncə tərzinə sahib olmağı, məntiqli sual vermək və düzgün qərar qəbul etmək bacarıqlarını aşılamağa çalışırıq.

- Yəqin ki vəzifənizlə əlaqədar gərgin iş cədvəliniz var. Asudə vaxtınızı necə keçirirsiniz?

-Pianoda ifa edirəm və çoxlu kitab oxuyuram. Mütaliəni çox sevirəm və düşünürəm ki, ədəbiyyatdan zövq almağı gənc nəslə öyrətməliyik. Çünki başqa insanların düşüncələri ilə tanışlıq əvəzolunmaz macəradır. Biz gənclərdə kitaba maraq oyatmalıyıq. Bilirəm ki, elektron əsrində bu, olduqca çətindir. Tələbələrin kitab oxumağa səbri çatmır. Təəssüf ki, biz ömründə 300 səhifəlik kitab oxumayan tələbəni məzun edirik. Bu, itirilmiş imkandır. Ona görə də biz mütləq gəncləri yazılı əsərlərlə tanış olmağa həvəsləndirməliyik.

-Azərbaycandan hansı təəssüratlarla ayrılırsız?

-Gənc olanda və Amerikada yaşayanda mənim Azərbaycanla bağlı biliklərim Xəzər dənizinin harda olması ilə məhdudlaşırdı. Sonra Vyanada siyasət elmləri üzrə ali təhsil aldığım dövrdə həmin fəndən dərs deyən professor Azərbaycan haqqında məlumat verdi. O, Azərbaycanın necə əhəmiyyətli olduğunu vurğulayırdı və ölkənizi mədəniyyətlərin qovuşduğu cazibədar məkan kimi bizə tanıtdırdı. O vaxtdan 30 il keçib. Azərbaycana gəldim və professorun sözlərinin doğruluğuna əmin oldum. Azərbaycan müxtəlif mədəniyyətlərin qovuşduğu bir məkandır. Burada insanlar çox mehriban, qonaqpərvərdirlər. Mən buraya ailəmlə yenidən gələcəm.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Hörmüz boğazının açılmasının qeyri-müəyyən qalması fonunda neft qiymətləri artıb

Rəsmi Dəməşq və Moskva Suriyadakı hərbi bazalar ilə bağlı razılığa gəlib

ABŞ hərbçiləri İranın blokadasının davam etməsi üçün 55 gəminin istiqamətini dəyişdiriblər

Netanyahu: İsrail Trampın Qəzza ilə bağlı 15 bəndlik planını rədd edir

Cəlilabadda transformator partlayıb, ətraf ərazidə yanğın baş verib

Bir il sonra: Vaşinqton razılaşmaları Azərbaycanı hansı yeni geosiyasi mərhələyə çıxardı?

Kanadada meşə yanğınları: 22 min insan təxliyə edilib

Rusiya ərazisində 285 Ukrayna dronu məhv edilib

Azərbaycan cüdoçuları Avropa Kubokunu 7 medalla üçüncü yerdə başa vurublar

Almaniya dron hücumlarından müdafiə qüvvələrini ikiqat artırır

Yasamal və Nərimanov rayonlarının bəzi ərazilərində elektrik enerjisinin verilişində fasilələr yaranacaq

Bakıda 11 marşrut xəttinin dayanacaq məntəqələri müvəqqəti dəyişdiriləcək

Həsən Seyidbəyli küçəsində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Moskvaya yaxınlaşarkən vurulan dronların sayı altıya çatıb

Vuçiç: Avropa böyük bir müharibənin astanasındadır

Türkiyənin Qara dəniz sahilində ekipajsız kater məhv edilib

Bu saata olan əsas xəbərlər

İran parlamentində Hörmüz boğazı ilə bağlı yeni qanun layihəsi təsdiqlənib

Dünya əhalisinin 6 faizini təşkil edən yerli xalqlar iqlim dəyişikliyinin təhdidi altındadır

Xətai rayonunda baş verən yanğın söndürülüb - YENİLƏNİB

Rezidenturaya qəbul imtahanının ikinci mərhələsi keçirilib

Aqrar sığorta üzrə müstəqil ekspert sertifikatı üçün test imtahanı təşkil edilib

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Müdafiə Nazirliyi həftəlik icmalı təqdim edib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

Sumqayıtda motosiklet sürücülərinə qarşı nəzarət-profilaktik tədbirlər keçirilib VİDEO

İmişlidə Araz çayında batan şəxsin meyiti tapılıb - YENİLƏNİB 2

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Fərid Xəlilov: Yaxın illərdə Azərbaycanda beynəlxalq oxatma turnirinin təşkili planlaşdırılır VİDEO

Küləkli hava şəraiti ilə bağlı sarı xəbərdarlıq elan olunub

Suriya ilə Rusiya hərbi bazaların gələcəyi ilə bağlı memorandum imzalayıb

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə ölkə çempionatı və kubokunun qalibləri mükafatlandırılıb VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Kamandan oxatma üzrə Azərbaycan çempionatı və kubokuna yekun vurulub VİDEO

Beynəlxalq Yerli Xalqlar Günündə müstəmləkəçiliyin davam edən izləri

İstirahət zonalarında polisin fasiləsiz xidməti təşkil edilib

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Tovuzda fərdi yaşayış evində yanğın olub, xəsarət alan var VİDEO

Cənubi Qafqazda köhnə münaqişə reallığı tarixə qovuşur, yeni siyasi-iqtisadi düzən formalaşır - ŞƏRH

Qazaxıstanda sərnişin avtobusu yanıb

Almaniya XİN: Cənubi Qafqazda sülh və sabitlik ortaq maraqlarımıza uyğundur

Tanınmış şair və tərcüməçi Çingiz Əlioğlu vəfat edib

Rektor: Azərbaycan və Ermənistan liderlərinin Vaşinqton görüşü regionda sülhün və təhlükəsizliyin təməlini qoydu

Azərbaycan-Ermənistan münasibətləri artıq siyasi bəyanatlardan praktik əməkdaşlıq mərhələsinə keçir ŞƏRH

Yəmənin Mokha limanına raket və dron hücumu təşkil edilib

Almaniyada infrastrukturun dronlardan qorunması üçün yeni tədqiqat mərkəzi yaradılır

Sumqayıtda yaşayış binasında yanğın söndürülüb, 6 sakin təxliyə edilib

Avqustun 10-da hava necə olacaq? - RƏSMİ PROQNOZ

Xocalı və Xocavəndin bir sıra kənd və qəsəbələrinin elektrik şəbəkəsi yenidən qurulur

Sinqapur Respublikasının Prezidenti Zati-aliləri cənab Tarman Şanmuqaratnama

Xarkova hava zərbələri endirilib, ölənlər və xəsarət alanlar var

Şəhid Elcan Məmmədovun atası: O, mənim yarımçıq qalmış missiyamı ən ali səviyyədə tamamladı

“Yay Fest 2026”nın “Müasir şəhərlər və texnologiya” düşərgəsi başa çatıb

Vaşinqtonda keçirilən tarixi görüşlər Cənubi Qafqazın siyasi tarixində yeni mərhələnin başlanğıcını qoydu ŞƏRH

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Bu gün DOST Agentliyinin yaranmasının 8 ili tamam olur VİDEO

Finlandiya Ukraynaya “Patriot” raketləri verməkdən imtina edib

Bu gün Beynəlxalq Yerli Xalqlar Günüdür

“Atletiko” dünya çempionunu 20 milyon avroya satıb

Qaziantepdə 4,5 bal gücündə zəlzələ olub

“Qalatasaray” rusiyalı futbolçunun transferi üçün “Lokomotiv”lə anlaşıb

Neymar yenidən Messi ilə komanda yoldaşı ola bilər

Türkiyə köhnəlmiş ABŞ silahlarını Ukraynaya verə bilər

Nigerdə sərnişin avtobuslarının toqquşması nəticəsində 22 nəfər ölüb

Belqorod vilayətinə dron hücumu olub, 13 nəfər yaralanıb

Siciliya sahillərində Roma imperiyasına aid batmış gəmi tapılıb

FIFA İnfantino ilə bağlı iddialara cavab verib

İraqda qonşu ölkəyə hücum planlaşdıran qrup üzvləri həbs edilib

Ekspert: Vaşinqton görüşü Cənubi Qafqazda münasibətlərin normallaşması yolunda tarixi dönüş nöqtəsidir

Marko Rubio: ABŞ Azərbaycan və Ermənistanla işləməyə tam sadiqdir

Zelenski: Ukrayna ordusu Donbasdan geri çəkilməyəcək

Leypsiq-Halle aeroportunda dron hadisəsindən sonra təhlükəsizlik tədbirləri gücləndirilib

Hakan Fidan: Türkiyə Azərbaycan və Ermənistan arasında davamlı sülhün əldə edilməsi səylərini dəstəkləyir

Bakıdan Limaya uzanan yeni körpü: Azərbaycanın Perudakı strateji sərmayəsi

MDU ilə Azərbaycan Texniki Universiteti birgə kadr hazırlığına başlayır

Paytaxtın Yasamal rayonunda keçirilən ödənişsiz skrinninq aksiyasında 400-ə yaxın qadın müayinə olunub

Xocavənddə buldozerin minaya düşməsi ilə bağlı araşdırma aparılır

Prezident İlham Əliyev Vaşinqton Zirvə Görüşünün ildönümü münasibətilə ABŞ Prezidentinə məktub ünvanlayıb

Amerika Birləşmiş Ştatlarının Prezidenti Zati-aliləri cənab Donald Trampa

Vaşinqton Bəyannaməsi – qlobal xaos fonunda işləyən sülh modeli ŞƏRH

Türk ekspert: Vaşinqton görüşü Prezident İlham Əliyevin diplomatiyasının növbəti uğurudur

Bu saata olan əsas xəbərlər

Nika Çitadze: Azərbaycan ilə Ermənistan arasında əldə olunan razılaşma sülh prosesinin yekunlaşması üçün zəmin yaradıb

Prezidentin Mətbuat Xidmətinin məlumatı VİDEO

Milli Kitabxanada yazıçı Əlisa Nicatın 90 illik yubileyinə həsr edilmiş kitab sərgisi təqdim olunub

Vaşinqton görüşü regionun gələcəyini müəyyən edən siyasi mərhələnin başlanğıcı kimi qiymətləndirilməlidir ŞƏRH

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Mingəçevirdəki “Kürü keçək?! 5” yarışına rekord sayda iştirakçı qatılıb YENİLƏNİB VİDEO

Stiv Uitkoff: Cənubi Qafqaz ölkələrinin gələcəyi parlaqdır

Azərbaycanın strateji baxışı Cənubi Qafqazın yeni inkişaf mərhələsini formalaşdırır ŞƏRH

Göz sağlamlığını qorumaq üçün hər fəslə uyğun qidalanmaya və sağlam həyat tərzinə diqqət yetirmək lazımdır

Luvr İslam incəsənətinə həsr olunmuş müvəqqəti sərgi ilə diqqət mərkəzindədir

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Deputat: Ötən 1 ildə Azərbaycan və Ermənistan arasında sülh yolunda praktik addımlar atılıb VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Siyasi şərhçi: Azərbaycanla Ermənistan iqtisadi, siyasi və humanitar müstəvidə əməli addımlar atır VİDEO

Vaşinqton razılaşmalarından bir il sonra: Cənubi Qafqazda sülh gündəliyi ŞƏRH

Qazaxda 11,7 min hektar taxıl sahəsindən 39 min tondan çox məhsul götürülüb

Aİ “Meta” və “TikTok”u dezinformasiyaya qarşı daha qətiyyətli tədbirlər görməyə çağırıb

Azərbaycan–ABŞ əməkdaşlığının yeni mərhələsi - Strateji Tərəfdaşlıq Xartiyası

Alparslan Bayraktar: Türkiyə Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsinə hazırdır

Cevdet Yılmaz: Türkiyənin təhlükəsizliyi onun sərhədlərindən başlamır

Çimərliyə gedənlərə XƏBƏRDARLIQ

Sıfır Tullantı Vəqfi Türkiyənin plastik tullantı problemini yerində araşdıracaq

Tarixi Vaşinqton Zirvə Görüşü xronoloji ardıcıllıqla

“Vilyarreal” klubunun nümayəndələri “Sabahın Ulduzları”nda

Vaşinqton görüşü Azərbaycanın regional məsələlərin həllində fəal rol oynadığını təsdiqləyib ŞƏRH

Sabah havanın temperaturu 40 dərəcəyədək yüksələcək

Rusiya və Pakistan ilk yük dəmir yolu marşrutunun istifadəyə verilməsinə hazırlaşır