TONİ BLEYER GÖZLƏNİLMƏDƏN İRAQA GETMİŞDİR
Gözlənildiyinə görə, Bleyer yeni hökumətin bütün ölkəni öz nəzarəti altına alması və bir müddətdən sonra yerlərdə hakimiyyətin tamamilə koalisiya qüvvələrindən yerli orqanlara keçməsi üçün hökumətə yardım məsələsini İraq Prezidenti Cəlal Tələbani və Baş nazir Nuri Mələki ilə müzakirə edəcəkdir.
Bleyer Britaniya qoşunlarının İraqı nə vaxt tərk edəcəyi barədə suala belə cavab vermişdir: “Bacardıqca tez bir vaxtda. Lakin bu, qoşunlarımız öz vəzifəsini yerinə yetirdikdən sonra olacaqdır”.
Əslində isə, Britaniya məmurlarının sözlərinə görə, İraqın daha sakit bölgələrində nəzarətin ölkə qüvvələrinə verilməsi haqqında danışıqlar artıq başlanmışdır. Bununla yanaşı, onlar xəbərdarlıq edirlər ki, çox güman, xarici qoşunların əksər hissəsi ölkədən indiki hökumətin dördillik mandatının sonuna yaxın gedəcəkdir.
Bu, Səddam Hüseyn rejimi devrildikdən sonra Bleyerin İraqa beşinci səfəridir. Doğrudur, o, Bağdada Britaniya əsgərlərinin döyüş ruhunu qaldırmaq üçün, adətən, Milad bayramı ərəfəsində gedir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [18:36]
Aİ Çindən hibrid avtomobillərin idxalını illik 350 min ədədlə məhdudlaşdırır
- 12.10.2026 [18:18]
Vyetnam tərəfi Orta Dəhliz üzrə əməkdaşlıq məsələlərini nəzərdən keçirəcək
- 12.10.2026 [15:48]