Topaz Premyer Liqası: “Neftçi” öz meydanında “Zirə”nin qapısına dörd qol vurub
Bakı, 6 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 6-da futbol üzrə Topaz Premyer Liqasının XXIII turunun növbəti oyunu keçirilib.
AZƏRTAC xəbər verir ki, çempionluğa iddialı olan "Neftçi" "Zirə"ni qəbul edib. Görüş flaqmanın 4:2 hesablı qələbəsi ilə başa çatıb.
Roberto Bordinın yetirmələrinin heyətində Baqali Dabo (40, 88) Anton Krivatsyuk (44) və Namiq Ələsgərov (68), “Zirə” klubunun heyətində isə Mfo Kqasvani (80, 90) fərqləniblər. Bu qələbə sayəsində “Neftçi” bir oyun az keçirən “Qarabağ”dan 3 xal irəlidədir - 51 xal. “Zirə” isə 22 xalla 6-cı yerdə qərarlaşıb.
Xatırladaq ki, tura “Sumqayıt” “Keşlə” oyunu ilə start verilib. Görüş “Sumqayıt”ın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]