Topaz Premyer Liqasında yeni rekord
Bakı, 6 noyabr (AZƏRTAC). Futbol üzrə Topaz Premyer Liqasında mövsümün yeni rekordu müəyyənləşmişdir.
Peşəkar Futbol Liqasından AZƏRTAC-a bildirmişlər ki, çempionatın 12-ci turunda qapılara ümumilikdə 22 qol vurulmuşdur. Belə ki, azarkeşlər “Bakı”-“Simurq”, “İnter”-“Rəvan” və “Neftçi”-“Xəzər-Lənkəran” görüşlərinin hərəsində 5 qola şahidlik etmişlər. Bu matçlardan sonuncusunda 4:1, digər ikisində isə 3:2 hesabı qeydə alınmışdır. Hər 3 görüşdə meydan sahibləri qalib gəlmişlər.
“Sumqayıt”-AZAL oyunu qolsuz bitdiyi turun son görüşü daha məhsuldar olmuşdur. “Qarabağ” komandası “Qəbələ”ni 4:3 hesabı ilə məğlub etmişdir. Bununla da 16 qolun vurulduğu 6-cı turun rekordu yenilənmişdir.
Bu tur orta məhsuldarlıq 4,40-a olmuşdur. Bu nəticə də son 6 mövsüm üçün mütləq rekorddur. 2008/2009-cu il mövsümünün startından indiyədək ən yüksək məhsuldarlıq 4-ə bərabər idi. 2009/2010-cu il mövsümümün 6-cı, 2012/2013-cü il mövsümünün 31-ci turunda 6 oyuna 24 qol vurulmuşdu. İndi həmin turlarla müqayisədə 2 qol az vurulsa da, bu 6 deyil, 5 matçda gerçəkləşmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 16.06.2026 [21:06]
Qurban Qurbanov: “Vestri” ilə oyunlara qədər optimal formaya düşməliyik
- 16.06.2026 [20:13]
Konfrans Liqası: “Zirə” Gürcüstan klubuna rəqib olub
- 16.06.2026 [20:04]
“Qarabağ” növbəti transferini gerçəkləşdirib
- 16.06.2026 [19:15]
“Qarabağ”ın Avropa Liqasındakı ilk rəqibi müəyyənləşib
- 16.06.2026 [18:28]
Çempionlar Liqası: “Sabah”ın I təsnifat mərhələsindəki rəqibi bəlli olub
- 16.06.2026 [18:07]
İngiltərə millisinin futbolçusu dünya çempionatını buraxacaq
- 16.06.2026 [16:57]