Topaz Premyer Liqasının 21-ci turuna start verilib
Bakı, 6 aprel, Nicat Məmmədov, AZƏRTAC
Aprelin 6-da futbol üzrə Topaz Premyer Liqasının XXIII turuna start verilib.
AZƏRTAC xəbər verir ki, turun açılış matçında “Sumqayıt” klubu “Keşlə” komandasını qəbul edib. “Kapital Arena”da keçirilən oyun meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb. Sumqayıtlıların heyətində Peyman Babayi (4) və Cavid Tağıyev (85) fərqləniblər. Paytaxt təmsilçisinin yeganə qolunu isə Samir Məsimov (40) vurub.
Xatırladaq ki, günün ikinci qarşılaşmasında çempionluğa iddialı "Neftçi" və "Zirə" klubları qarşılaşırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 12.10.2026 [16:32]
“Trabzonspor” basketbol klubunun baş məşqçisi Azərbaycandan təklif alıb
- 12.10.2026 [15:58]
Cüdo üzrə dünya çempionatından sonra Olimpiya çempionu ilə görüş olub
- 12.10.2026 [15:28]