TORPAQ SÜRÜŞMƏSİ İLƏ ƏLAQƏDAR YARADILMIŞ KOMİSSİYANIN RƏYİ AÇIQLANMIŞDIR
Bakının dağlıq hissəsində, Nəriman Nərimanov prospektində baş vermiş torpaq sürüşməsi ilə əlaqədar Baş nazirin müavini, Fövqəladə Hallar üzrə Dövlət Komissiyasının sədri Abid Şərifovun rəhbərliyi ilə yaradılan operativ qərargahın yanvarın 10-da iclası keçirilmişdir. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov mütəxəssislərin yekun rəyi barədə AZƏRTAC-a bildirmişdir ki, bina tam təhlükəsiz vəziyyətdədir. Sakinlər öz mənzillərinə köçüb rahat yaşaya bilərlər. Binaya təbii qaz verilməsi də bərpa olunmuşdur. Komissiya hələ işini davam etdirir. Ötən beş gün ərzində binalara qoyulmuş mayakların heç birində kiçik də olsa dəyişiklik qeydə alınmamışdır. Bina tam yararlıdır.
Komissiyanın rəyinə görə, asfalt örtüyünün altındakı torpaq nəm olduğu üçün avtomobil yolunun açılması müvəqqəti olaraq ləngidiləcəkdir. Geoloqlar bir həftə hər gün burada işləyəcək, qazılmış quyulardan su və torpaq nümunələri götürəcəklər. Ümumiyyətlə, vəziyyət tam nəzarətdə olacaqdır. Ətrafda olan bütün su axınları yoxlanılacaq və aradan qaldırılması üçün əməli tədbirlər görüləcəkdir.
Bundan başqa, burada tikintiyə icazə vermək üçün aparılmış bərkitmə işləri yenidən ekspertiza olunacaqdır. Araşdırma-nəzarət işləri davam etdirilir. Komissiya bir həftədən sonra yenidən yığışacaq, qəbul olunacaq qərar ictimaiyyətə açıqlanacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [17:29]
Ötən həftə Azərbaycanda COVID-19 əleyhinə 70 doza vaksin vurulub
- 26.08.2023 [12:14]
COVID-19-un yeni variantı daha yüksək mutasiya qabiliyyətinə malikdir
- 24.08.2023 [16:45]
Çexiyalı kardioloqlar aritmiyanın müalicəsində yeni üsul hazırlayıblar
- 24.08.2023 [16:26]