TOTAL ARDNŞ-DƏN 50 MİN TON AVİASİYA YANACAĞI ALACAQDIR
Fransanın TOTAL şirkəti ARDNŞ-in Marketinq və İqtisadi Əməliyyatlar İdarəsi ilə 50 min ton aviasiya yanacağı almaq barədə müqavilə imzalamışdır.
ARDNŞ-dən AZƏRTAC-ın müxbirinə bildirmişlər ki, şirkət aldığı məhsulu Batumi limanından daşımağa başlamışdır. Fevralın 20-ə olan məlumata görə, indiyədək 4 min tona yaxın aviasiya yanacağı daşınmışdır.
TOTAL şirkəti aldığı Azərbaycan yanacağını Gürcüstanın Poti və Batumi limanlarından 4-5 ay ərzində aparacaqdır.