REGİONLAR
Tovuzda 11 tona yaxın çətənə kolu məhv edilib
Gəncə, 20 iyun, AZƏRTAC
Tovuzda 11 tona yaxın yabanı halda bitən çətənə kolu məhv edilib.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Gəncə regional qrupundan AZƏRTAC-ın bölgə müxbirinə verilən məlumata görə, Tovuz Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri "Xaş-xaş-2023" şərti adlı kompleks əməliyyat-axtarış və profilaktik tədbirlər nəticəsində rayonun Hunanlar, Əyyublu, Əlimərdanlı kəndlərinin ərazisində yabanı halda bitən narkotik tərkibli çətənə kolları aşkarlanıb.
Ümumi çəkisi 10 ton 633 kiloqram olan, 8414 ədəd çətənə kolu kökündən çıxarılıb və yandırılaraq məhv edilib.