Tovuzda Azərbaycanlıların Soyqırımı Gününə həsr olunmuş elmi-praktiki konfrans keçirilmişdir
Tovuz, 30 mart (AZƏRTAC). Tovuzda 31 mart- Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı elmi-praktiki konfrans keçirilmişdir.
AZƏRTAC xəbər verir ki, konfransda rayon icra hakimiyyətinin başçısı Tofiq Zeynalov erməni daşnaklarının zaman-zaman xalqımızın başına açdıqları bəlalardan danışmışdır. O, ulu öndər Heydər Əliyevin tariximizin araşdırılması istiqamətində fəaliyyətindən söz açmış, ermənilərin xalqımıza qarşı törətdikləri soyqırımına siyasi-hüquqi qiymət verilməsində ümummilli liderin 1998-ci il 26 mart tarixli Fərmanının əhəmiyyətini vurğulamışdır. Qeyd etmişdir ki, bu fərman xalqımızın milli yaddaşının qorunub saxlanılması baxımından mühüm əhəmiyyət kəsb edir.
Elmi-praktiki konfransda mənfur ermənilərin 1918-ci ilin martında Bakıda, Qubada, Şamaxıda, Naxçıvanda və digər bölgələrdə törətdikləri vəhşiliklər xatırladılmışdır. Bildirilmişdir ki, ümummilli lider Heydər Əliyevin siyasətini uğurla davam etdirən Azərbaycan Prezidenti İlham Əliyev xalqımızın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq üçün ardıcıl tədbirlər görür. Dövlətimizin başçısının rəhbərliyi altında Azərbaycanın həyata keçirdiyi düşünülmüş xarici siyasət bu gün təcavüzkar Ermənistanı çıxılmaz vəziyyətdə qoymuşdur.
Konfransda xüsusi vurğulanmışdır ki, dövlətimizin başçısı İlham Əliyev dəfələrə ermənilərin təcavüzkarlıq siyasətindən əl çəkməyəcəyi təqdirdə Azərbaycanın güc tətbiq etmək məcburiyyətində qalacağını açıq bəyan etmişdir. Qeyd edilmişdir ki, buna görə də ölkə vətəndaşları, o cümlədən tovuzlular haqq-ədalətin öz yerini tapacağına, ərazi bütövlüyümüzün tezliklə bərpa olunacağına ürəkdən inanırlar.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 31.03.2026 [16:47]
MEK-də Azərbaycanlıların Soyqırımı Gününə həsr olunan sərgi açılıb
- 31.03.2026 [16:23]
Milli yaddaşın qorunması: BMU-da soyqırımı hadisələri geniş təhlil edilib
- 31.03.2026 [14:22]
Xalqımıza qarşı törədilən cinayətlər heç vaxt unudulmayacaq ŞƏRH
- 31.03.2026 [14:15]
31 Mart hadisələri: Azərbaycan xalqının faciəsi və tarixi yaddaşı
- 31.03.2026 [12:35]
1918-ci il soyqırımı erməni vandalizminin qanlı izləridir – ŞƏRH
- 31.03.2026 [12:05]