Tovuzda minik avtomobilinin aşması nəticəsində iki nəfər xəsarət alıb VİDEO
Tovuz, 23 iyul, Ruslan Novruzoğlu, AZƏRTAC
Tovuzda yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, hadisə rayonun Düz Cırdaxan kəndində qeydə alınıb. Hərəkətdə olan minik avtomobili idarəetmədən çıxaraq aşıb. Qəza zamanı 2 nəfər xəsarət alıb, onlar xəstəxanaya yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.